Gözəl görünmək istəyən xanımlara kosmetoloqdan ÖZƏL MASKA
Tarix: 25-11-2016 | Saat: 12:53
Bölmə:Karusel / Qadınlar / Foto-fakt | çapa göndər
Gözəl görünmək hər qadının arzusudur. Hansı qadın təmiz və qüsursuz dəriyə sahib olmaq istəməz ki?! Ancaq bunun üçün xanımlar evdə dərilərinə qulluq etməli, müxtəlif maskalar düzəltməlidirlər. Kosmetoloq Xariqə Quliyeva xanım oxucularına 3 özəl maska reseptini açıqlayıb.
Kosmetoloq yağlı dərilər üçün bal və banan maskası məsləhət görür. Bu maska dəridəki yağı tarazlayır və ölü dərilərin aradan qaldırılmasını təmin edir.
Tərkibi:
- 3 xörək qaşığı əzilmiş banan
- 1 çay qaşığı bal
- Bir neçə damcı limon suyu
Hazırlanması:
Bütün vəsaitləri yumşaq bir krem konsistensiyasına gələnə qədər qarışdırın. Göz ətrafından çəkərək bütün üz bölgəsinə tətbiq edin. 20 dəqiqə gözlədikdən sonra soyuq suyla durulayın.
X. Quliyeva quru dərilər üçün qidalandırıcı maskanın hazırlanması qaydası ilə sizi tanış edir.
2 çay qaşığı yağlı kəsmiyi 1 çay qaşığı bal və 1 xörək qaşığı təzə çəkilmiş kök şirəsi ilə qarışdırın. Maskanı üzünüzə çəkin və 15 dəqiqə saxlayın. Həftədə 1 dəfə tətbiq edə bilərsiniz.
Qarışıq dərisi olan xanımlar isə bu maskadan faydalana bilər.
Xiyarı rəndələyib suyunu sıxın. Xiyar şirəsinin üzərinə bir az bal əlavə edib qarışdırın. Maskanı təmiz dəriyə çəkin. Quruduqdan sonra üzünüzü soyuq su ilə yuyun. Maskanı həftədə 1 dəfə tətbiq edə bilərsiniz. Bu maskanın tərkibindəki bal dəriyə elastiklik verir və onu gəncləşdirir. Xiyar isə dərini nəmləndirir.
Xəbəri paylaş
8838 dəfə oxunub.
Digər xəbərlər

2-10-2019, 21:17
Yurçeviç 23 futbolçunu milliyə çağırdı - SİYAHI
6-02-2016, 21:52
Azərbaycanlı modeldən cəsarətli FOTOSESSİYA
20-10-2020, 16:34
Türkiyədə BƏƏ-nə işləyən casus saxlanıldı
20-07-2016, 22:25
Xoşqədəm ANS-in bağlanmağına münasibət bildirdi
7-12-2017, 11:53
YAP Avropa Şurasının İlqar Məmmədovla bağlı tələbinə CAVAB VERDİ
17-11-2017, 13:11
Niyə seyidlərin adlarinin əvvəlinə “mir” artırılır?
28-09-2015, 14:12
“Deyirdim ki, ölsəm də uşaq dünyaya gətirəcəm“
10-08-2021, 15:21
Aşura günü qan veriləcək məntəqələrin ünvanları - SİYAHI
18-02-2016, 16:48
Rauf Murqədirovun məhkəməsi martın 3-nə qaldı