“Qarabağ” “Dumanlı Albion”da leysana düşdü
Tarix: 13-09-2017 | Saat: 10:54
Bölmə:Karusel / İdman | çapa göndər
Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçını keçirib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi ölkə futbolu tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələ matçına çıxıb.
Bunadək qitənin ən nüfuzlu klub turnirinin yalnız təsnifat mərhələlərində təmsil olunan Azərbaycanın qrupdakı debütü Londonda gerçəkləşib. C qrupunda mübarizə aparan “Qarabağ” I turda “Çelsi” ilə üz-üzə gəlib.
Görüş Londonun məşhur “Stemford Bric” stadionunda baş tutub. Bu, Qurban Qurbanovun yetirmələrinin ikinci London səfəridi. İki il öncə Avropa Liqasının qrupunda ağdamlılar “Tottenhem”lə üz-üzə gəlib. Azərbaycan və İngiltərə klublarının hələlik yeganə duelinin hər iki səhnəsində britaniyalılar qalib gəlib. “Qarabağ” Londonda 1:3, Bakıda 0:1 hesabı ilə uduzub.
İngilislərə qarşı bu oyun da uğursuzluqla yadda qalıb. "Ağdamlılar" ilk matçında 0:6 hesablı məğlubiyyətə üzülüb.
Çempionlar Liqası
Qrup mərhələsi
I tur, C qrupu
12 sentyabr
“Çelsi” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) - 6:0
Qollar: Pedro, 5, Zappakosta, 30, Azpilikueta, 56, Bokayako, 71, Batşuay, 76, Medvedev, 82 (öz qapısına)
Baş hakim: Anastasios Sidiropulos
London. “Stemford Bric” stadionu
Xəbəri paylaş
6278 dəfə oxunub.
Digər xəbərlər

4-05-2016, 00:43
Kerri şad xəbəri verdi: Saziş imzalanacaq
19-05-2018, 08:49
Bu oğlan 4 ildir saçını kəsmir, səbəbi isə... - Foto
25-02-2019, 13:13
25 yaşlı qız benzin tökərək özünü yandırdı-Bakıda
2-09-2017, 11:41
"Erməni xüsusi xidmət orqanları uydurma yayır" - Müdafiə Nazirliyi
10-06-2016, 13:13
JEM-də alimlərlə “Dəyirmi masa"
28-08-2017, 18:45
Sərbəst güləşçilərimiz Dünya çempionatından qayıdıb / FOTO
25-05-2019, 13:59
Binəqədidəki kafedə meyit tapıldı - Zorakılıqla öldürülüb
13-02-2018, 21:00
“LİBRAFF” Nigar Köçərlinin ittihamlarına cavab verdi
28-02-2017, 16:34
Bacısını qətlə yetirən şəxsə HÖKM OXUNDU