Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
JEM-də alimlərlə “Dəyirmi masa"
Tarix: 10-06-2016 | Saat: 13:13
Bölmə:Karusel / Siyasət / Təhsil / M2 | çapa göndər


JEM-də alimlərlə “Dəyirmi masa"
Jurnalist Ekspert Mərkəzinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə bu ilin mayından başladığı “Azərbaycan Prezidentinin alimlərə ünvanlanan çağırışının KİV-də ictimai müzakirəsi" adlı layihəsi davam edir.

JEM-dən Axar.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il noyabrın 9-u Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyi münasibəti ilə alimlər qarşısındakı çıxışının mətni Mərkəzin nümayəndələri tərəfindən sahələr üzrə təsnifatlandırılıb.

Layihə çərçivəsində alimlərin iştirakı ilə "Dəyirmi masa" lar təşkil olunur. Prezidentin çağırışına cavab olaraq, elm adamlarının fikirləri, səsləndirdiyi təkliflər xüsusi təqdimatla "Kaspi" qəzetində dərc edilir.

JEM sədri Ceyhun Musaoğlunun moderatorluğu ilə bu müddət ərzində səkkiz mövzu ətrafında “Dəyirmi masa” keçirilib. “Dəyirmi masa”larda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun rəhbərliyi, AMEA-nın Dlçilik, Fizika, Tarix, Fəlsəfə, Qafqazşünaslıq, Folklor institutlarının təmsilçiləri, Gənc Alimlər və Mütəxəssislər Şurasının, o cümlədən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurasının sədrləri, üzvləri, nazirliklərin məsul şəxsləri, universitet müəllimləri dəyərli təkliflər irəli sürüblər.

Alimlərlə görüşləri Mərkəzin sədr müavini, Azerfaks.az saytının baş redaktoru Nicat Dağlar qələmə alıb və hazırlanan bir səhifəlik yazılar qəzetin 7 sayında dərc olunub.

Reportajların sərlöhvələrini təqdim edirik:

- Dilimizi necə qoruyaq? - alimlərdən önəmli təkliflər

- Kənd təsərrüfatının inkişafı - həm iqtisadi, həm də sosial məsələ

- Nə əkək və necə suvaraq?

- Aqrar sahənin inkişafı: Dünya bazarlarına necə çıxaq və nə çıxaraq?

- Xarici investisiya üçün potensial sahə - əlverişli biznes mühiti, iqlim şəraiti və dövlət təminatı

- Müasir texnologiyaların Azərbaycana gətirilməsi: Gənc fiziklərin təklifləri var

- Qarabağ həqiqətləri: çağırış və alimlərdən gözləntilər

Layihənin fəaliyyət planı üzrə alimlərlə növbəti görüşlərə hazırlıq işləri gedir. Yekun nəticədə Prezidentin çağırışına adekvat olan təkliflər paket şəkilinə salınaraq, müvafiq dövlət qurumlarına göndəriləcək.

3 ay müddətində həyata keçiriləcək layihənin məqsədi Azərbaycan Prezidentinin alimlərə ünvanladığı tövsiyə və tapşırıqlarının mətbuatın daim diqqətdə saxlamasına töhvə vermək, cəmiyyətin dinamik inkişafında elm adamlarının rolunu artırmaqdır.



4518 dəfə oxunub.

Digər xəbərlər
10-09-2016, 14:58 Sabah yağış yağacaq

bütün xəbərlər
____ Instagram ___