“Özüm hazırlaşıb, 662 bal yığmışam” - pula görə oxumaqdan imtina etdiyi deyilən Aytən
Tarix: 01-08-2017 | Saat: 13:52
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Sosial şəbəkələrdə Zərdab rayonundan olan abituriyentin repetitor yanına getmədən yüksək bal topladığı, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini seçdiyi, lakin imkansızlıq ucbatından Bakıya gəlib, təhsil ala bilmədiyi barədə məlumatlar yayılıb.
Bildirilirdi ki, tələbənin qalmağa yeri, kirayə ev tutmağa imkanı və kitab-dəftər almağa pulu olmadığından, o, universitetdə oxumaqdan imtina edib.
Xəbəraz.Az BakuPost.az-a istinadən xəbər verir ki, məlum olub ki, təhsildən məcburən imtina etdiyi bildirilən abituriyent rayonun İmadəddin Nəsimi adına Yarməmmədbağı kənd tam orta məktəbinin məzunu Şirinova Aytən Şirin qızıdır. O, imtahanlardan 662 bal toplayıb.
Aytən Şirinova açıqlamasında bildirib ki, imkansızlıq ucbatından oxumaqdan imtina etməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir:
"Zərdab rayonunun Lələağacı kəndindənəm. Ali məktəblərə qəbul imtahanına özüm evdə hazırlaşmışam. Heç bir müəllim hazırlaşdırmayıb. 3-cü qrupa imtahan vermişdim. İxtisas olaraq Hüquq fakültəsini seçəcəyəm. Keçid balım da düşür.
Düzdür, o qədər imkanlı ailə deyilik. Amma kiminsə köməyinə ehtiyacımız yoxdur. Gələcəyəm, oxuyacağam”.
Xəbəri paylaş
7398 dəfə oxunub.
Digər xəbərlər

26-07-2023, 11:09
Bakılı nənələr gənc qızlardan şikayətləndilər: “İndikilər yaxşı qızıl, geyim-keçim istəyirlər” - VİDEO
13-06-2016, 12:52
SOCAR büdcəyə 600 milyon köçürdü
2-11-2016, 21:52
Plastik qablardakı turşular təhlükəlidir - VİDEO
10-06-2017, 19:37
Daha bir ölkə səfirini Qətərdən geri çağırdı
30-04-2017, 12:06
ADNA faciəsindən 8 il ötür
20-03-2016, 11:13
Dolların rəsmi məzənnəsi
7-08-2015, 16:21
Bakıda piyada keçidi yandı - FOTO
15-02-2016, 12:53
Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasının rəisi işdən çıxarılıb
13-10-2022, 10:32
“Çanağımı yonduracağam, görüm bundan sonra...” - Roza Zərgərli
10-08-2016, 12:16
Məşhur türkiyəli müğənni Bakıya gəlir