Kababdan zəhərlənmək mümkündür? - Peşəkarlar məsləhətlərini verirlər - VİDEO
Tarix: 27-07-2017 | Saat: 10:31
Bölmə:Karusel / Səhiyyə / M2 / Xəbəraz TV | çapa göndər
Şəmkirdə 15 nəfərə yaxın uşaq, qadın və kişinin kababdan zəhərlənməsi haqda xəbər vermişdik. Ad günündə yeyib-içəndən sonra zəhərlənən insanlar infeksion xəstəxanalara yerləşdirilmişdilər. Zəhərlənmənin kababdan baş verməsi isə ilk dəfə rast gəlinən hadisə idi. Kabab məclislərimizdə ən çox istifadə olunan yeməklərdəndir. Buna görə kababdan zəhərlənmə xəbəri insanları narahat etməyə bilməz. Araşdırmağa çalışmışıq ki, kababdan zəhərlənmə hansı hallarda ola bilər?
Kababdan zəhərlənmə halı ilk dəfədir müşahidə olunur. Ən çox istifadə olunan yeməklərdən sayılan kababdan zəhərlənmə peşəkar kababçıları da təəccübləndirib.
Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov hesab edir ki, yay fəsli olduğundan əti günün altında çox saxlamaq onun tez xarab olmasına, xəstəlik yaradan mikroblarla zənginləşməsinə səbəb olur. Belə ət zəhərlənməyə səbəb ola bilər. Digər səbəb isə ətin yaxşı bişirilməməsidir.
Baş kulinar deyir ki, kabab bişirməyi insanlar adi iş kimi qəbul etsə də, əslində kababçılıq xüsusi hazırlıq tələb edən bir peşədir. Üstəlik, kabab yerində bişirilib verilməlidir. Bişmiş kababı xeyli müddət saxlamaq fəsadlar verə bilər.
40 ildir kababçı işləyən Ədalət İsgəndərovdan da əla kabab bişirməyin qaydalarını soruşduq.
Kababın yanında yeyilən tərəvəz və ya turşunun təzə, təmiz və keyfiyyətli olmasına da fikir vermək lazımdır.
Xəbəri paylaş
5808 dəfə oxunub.
Digər xəbərlər

7-10-2016, 19:01
Sevinc Əliyeva: “Dizayner üçün vacib olan öz əlləriylə yaratmaq bacarığıdır” – MÜSAHİBƏ + FOTOSESSİYA
26-10-2016, 21:09
Fuad Poladov istefa ərizəsi yazdı - “AzDrama”da qalmaqal
21-03-2016, 12:08
Əsəblər tarıma çəkilə bilər - Günün qoroskopu
17-09-2015, 14:36
“Səba” toyuqlarına nə yedizdirir? – FOTOLAR
1-09-2017, 23:13
Kim Çen In qətlə yetiriləcək? - Xüsusi plan
20-10-2016, 09:59
2016-cı ilin 9 aylığının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir
12-02-2016, 14:27
FHN-də Apellyasiya Şurası yaradılıb
30-11-2021, 09:46
Bakıda 4 avtomobil qəzaya uğrayıb, xəsarət alan var - FOTO
22-05-2015, 23:10
Həbs olunan şəxs nazir müavini olan general qardaşıdır- Təfərrüat
2-08-2021, 11:41
"Azərbaycan təyyarə göndərdimi?" deyən Demet Akalın həmyerlimizdən sərt CAVAB (FOTO)