Fuad Poladov istefa ərizəsi yazdı - “AzDrama”da qalmaqal
Tarix: 26-10-2016 | Saat: 21:09
Bölmə:Karusel / Hadisə / Şou-Biznes | çapa göndər
Xalq artisti Fuad Poladov Akademik Dövlət Dram Teatrından istefa ərizəsi yazıb.
"Xəbəraz.az "-ın Kulis.Az-a istinadən məlumata görə, onun ərizəsinə hələ də baxılmayıb. Lakin Xalq artistinin qərarında israrlı olduğu bildirilir. Buna səbəb kimi teatrda son dövrlərdə yaranmış vəziyyət və aktyor Hikmət Rəhimovun istefası göstərilir.
Məsələ ilə bağlı “Azdrama”dan çıxarılan aktyor Hikmət Rəhimov da öz Facebook səhifəsində yazıb:
“Bunu deməliyəm. Başıma gələn olaylarla bağlı mənə dəstək olan və arxamda dayanan insan Fuad müəllim Poladova minnətdaram. Polis bölməsinə, rayon polis idarəsinə məndən xəbərsiz gedən və mənə görə ordakılara narahatlığını bildirən və sonra teatrdan çıxdığını bildirən Fuad Poladov. İnanın səmimiliyimə, bununla fəxr etmirəm və şok da yaşamıram. Çünki bu, Fuad müəllimdir. Hər gün mənə ən azı 2 dəfə zəng vurub, ürək-dirək verən Fuad müəllim. Mən sizə bu dünyada da, o dünyada da minnətdaram. Bunu heç kim eləməzdi - heç kim. Hər şeyə görə çox sağ olun”.
Fuad Poladovun məsələyə münasibəti belə olub: “Bu barədə danışmaq istəmirəm”.
Akademik Milli Dram Teatrından isə Fuad Poladovun teatrdan istefa vermədiyini bildiriblər: “Oktyabrın 28-də Fuad müəllimin rol aldığı “Müsyo İbrahim və Quran çiçəyi” tamaşası nümayiş olunacaq. Bu ay ərzində isə “Şah Qacar” tamaşasında çıxış edib”.
Xəbəri paylaş
6538 dəfə oxunub.
Digər xəbərlər

25-08-2015, 14:36
Tacikistanda səbəbkarı ad günü tortuna görə 633 dollar cərimə etdilər
19-03-2015, 15:14
Bakıda çox ucuz evlər
24-07-2019, 11:53
Kolleclərə ixtisas seçimi başladı
2-10-2017, 11:00
Dəfnə yarpağından möcüzəli YAĞ. Evdə özünüz hazırlayın!
17-02-2017, 12:34
"Qaçqınkom"dan kommunal xidmətlərlə bağlı AÇIQLAMA
29-11-2017, 12:15
Bacısının başını kəsən qızla bağlı qərar dəyişdirildi
8-06-2016, 14:25
Rusiya nəhəngi çökür
17-09-2017, 09:18
Abşeronda dəhşətli avtobus qəzası: 7 yaralı
13-11-2017, 15:30
Bacısının başını kəsib azadlığa çıxan qızla bağlı YENİ MƏHKƏMƏ