Natavan Həbibi: “Vicdan əzabından qurtuldum”
Tarix: 26-06-2015 | Saat: 19:27
Bölmə:Karusel / Şou-Biznes / Maraqlı / M2 / Məşhurların Taleyi | çapa göndər
Beynəlxalq Mətbuat Mərkəzində mərhum reper Hüseyn Dəryaya həsr olunmuş “Yat, dostum” adlı mahnıya çəkilmiş klipin təqdimatı olub.
Xeberaz.az-in AİM.az-dan aldığı xəbərə görə, Dado və Natavan Həbibinin ifasında səslənən mahnını rejissor Kənan MM ekranlaşdırıb. Qeyd edək ki, mahnının sözləri Dadoya, musiqisi Nadir Nəğdpula məxsusdur.
Tədbiri giriş sözü ilə açan prodüser Sayqa Cahid bildirib ki, bu layihə Hüseyn Dəryanın doğum gününə həsr olunub:
“İyunun 29-da əziz dostumuz, unudulmaz reper Hüseyn Dəryanın doğum günüdür. Biz- onun dostları bu layihəni həyata keçirib, ruhunu şad etmək istədik. Layihənin ideyası Dadodan gəldi. Klipi Kənan MM çəkdi. Layihənin əsas zəhmətini isə Hüseyn Dəryanın yoldaşı Sona xanım çəkib. Təəssüflər olsun ki, Kənan bu gün təqdimatda iştirak edə bilmir. Çünki təcili olaraq İstanbula uçdu. Çünki bileti öncədən alınmışdı”.
O, həmçinin Hüseyn Dəryanın çoxdan çıxması gözlənilən albomunun gecikmə səbəblərindən də danışıb:
“17 trek artıq hazırdır. Hamısı onun sağlığında lentə alınan musiqilərdir. Onların içərisində müğənnilərlə oxuduğu duetlər də var. Amma maliyyə probleminə görə albomun işləri ləngiyir. Heç bir sponsor bu işə yaxın durmur. Halbuki bizim istədiyimiz çox pul deyil. Cəmi 5-6 min manatımız olsa, albomu üzə çıxararıq. Ona görə yardım etmək istəyən insanlara ancaq minnətdar olarıq”.
Natavan Həbibi layihəyə Sona xanımın dəvəti ilə qoşulduğunu bildirib:
“Bu layihə mənə çox yardım oldu. Belə ki, Hüseyn Dərya sağ ikən biz bir duet oxumalı idik. Amma bu layihə heç cür gerçəkləşə bilmirdi. Ona görə yox ki, mən Hüseyn Dərya ilə işləmək istəmirdim. Vaxtında elə lazımsız insanlarla duet oxumuşam ki, indi peşmanam. Amma Hüseyn duet oxumaq istədiyim bir insan idi. Sadəcə qismət beləymiş. Amma sevinirəm ki, bu layihə vasitəsilə mən borcumu ödəmiş oldum. Vicdan əzabından qurtuldum. Hüseynlə oxuya bilmədim, amma onun üçün oxudum. Hüseyn kimi sənətkarı həmişə yaşatmaq lazımdır”.
“Biz birləşdik və bu iş alındı” deyən Dado işin uğurlu alınmasına sevindiyini dilə gətirib:
“Bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Onu da deyim ki, klipin sonunda Kənanın şeirini eşidəcəksiniz. Bilirsiniz ki, o şeir yazır və Dərya ilə bağlı fikirlərini o da şeirlə çatdırır”. Qeyd edək ki, klipdə Dado, Kənan MM, Natavan Həbibi ilə yanaşı Hüseyn Dəryanın oğlu Cahangir Dərya da yer alıb.
Xəbəri paylaş
8298 dəfə oxunub.
Digər xəbərlər

27-04-2016, 10:45
“Qanuni oğru”ların Rusiyadakı savaşı Bakıya sıçradı
1-05-2020, 21:14
"Korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq” - İlham Əliyev
12-06-2015, 21:44
Möhtəşəm açılış mərasimi başladı (CANLI)
29-04-2017, 12:50
Təzə gicitkən - SAĞLAMLIQ MƏNBƏYİ
22-08-2017, 12:59
“Oğlumuzun 2 məzarı var, bir ayağını Lələtəpədə basdırdılar” - Aprel şəhidinin HEKAYƏTİ
17-08-2016, 12:05
Mərdəkanda dəhşətli olay: Kişi gənc arvadını öldürüb həyətində basdırdı
28-04-2016, 13:50
“Putin NATO-su”ndan Qarabağ açıqlaması
28-05-2022, 11:26
Uşaqlarınızın UĞURLU olmasını istəyirsinizsə… - Psixoloqlardan MƏSLƏHƏT
18-12-2017, 10:37
Prezident İlham Əliyevin iştirakı ilə ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilir
16-10-2018, 10:19
İynəli, sapla bağlı və qıfıllı fotoşəkil... - İşbazlar cadu adı altında sərvət qazanır