Kral ailələri Azərbaycana istirahətə gəldi
Tarix: 07-07-2017 | Saat: 13:44
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Fars körfəzi ölkələrinin kral ailələri Azərbaycanın meşəlik-dağlıq bölgəsi olan və "təbiət vurğunları üçün cənnət" adlandırılan Qəbələni sevimli istirahət məkanı olaraq seçib.
Xəbəraz.Az virtualaz.org-a istinadən xəbər verir ki, Qəbələ kübar ərəblər arasında yayda olduğu kimi, qışda da populyardır.
Eyni zamanda, mənbə qeyd edir ki, Azərbaycan mədəniyyəti, halal qidaları, qonaqpərvər insanları, musiqisi və tarixi sayəsində bütövlükdə ərəb səyyahların yeni qaynar nöqtəsinə çevrilib.
"TradeArabia" yazır ki, Azərbaycanda Şəriət qaydalarına uyğun xeyli istirahət yeri var. Qadınlar və kişilər üçün nəzərdə tutulmuş ayrıca hovuzlar və çimərliklərdə spirtli içkilər satılmır.
Azərbaycan daha çox turist cəlb etmək üçün öz təhlükəsizliyini, Yaxın Şərqə yaxınlığını, mədəniyyətlərin oxşarlığını, təbiətini, Xəzər dənizinin sahillərini ön plana çəkir.
"Hər bir turistin səyahətdən öncə seçim edərkən önəm verdiyi əsas məsələlər sülh və təhlükəsizlikdir. Yalnız bundan sonra səyyahlar xidmətin səviyyəsinə, keyfiyyətə və qiymətlərə fikir verir", - bunu isə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Fars körfəzi ölkələrindəki nümayəndəliyinin rəhbəri Rəşid əl-Nuri deyir.
Xəbəri paylaş
8368 dəfə oxunub.
Digər xəbərlər

17-10-2018, 10:31
Müğənni Afaq tamam soyundu - FOTO
21-03-2019, 20:36
Kamil Zeynallı azadlığa çıxdı
17-01-2017, 19:19
Bakıda kirayədə yaşayan kişi özünü asdı: ev sahibi onu xilas etdi
26-04-2022, 13:19
Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv edilir
3-05-2016, 18:40
Nazir müavini: "Ermənilərin əsas məqsədi..."
20-07-2015, 11:12
Argentinada gözəl qol - VİDEO