Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazir müavini: "Ermənilərin əsas məqsədi..."
Tarix: 03-05-2016 | Saat: 18:40
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Nazir müavini: "Ermənilərin əsas məqsədi..."

Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin sistematik pozması, dağıdıcı silahlardan istifadə edilməsi nəticəsində müharibə yenidən təkrarlana və yeni qaçqın axınının yaranmasına səbəb ola bilər.

APA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması ilə mübarizə komitəsinin Azərbaycanla bağlı iclasında deyib.

X. Xələfov qeyd edib ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın yaşayış məntəqələrini intensiv artilleriya atəşinə tutur.

“Nəticədə hərbçilər, mülki şəxslər həlak olub. Müxtəlif binalara, məktəblərə zərər dəyib. Ermənistanın cinayətkar addımları beynəlxalq humanitar hüququ pozur, yeni sosial böhran yaradır.

Ermənistanın əsas məqsədi təxribatları davam etdirərək, mövcud status-kvonu saxlamaq və işğal etdiyi ərazilərdə möhkəmlənməkdir. Beynəlxalq ictimaiyyəti Ermənistanın bu addımlarının qarşısını almaq üçün preventiv tədbirlər görməyə çağırırıq. Ermənistan sülh danışıqlarına qayıtmalı və Azərbaycan torpaqlarından çıxmalıdır. Biz məhsuldar dialoqa hazırıq”, - deyə nazir müavini vurğulayıb.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.


Xəbəri paylaş

6038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___