Azərbaycanlı müğənninin əri həbs edildi
Tarix: 29-06-2017 | Saat: 22:45
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya | çapa göndər
Bakıda motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib.
“Xəbəraz.Az” xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, iyunun 25-də, saat 19:40 radələrində 10 B 216 dövlət nömrə nişanlı motosikletin sürücüsü Zaqulba prospektində üzü Bilgəh istiqamətində hərəkətdə olan zaman avtoxuliqanlıq edib. Sürət həddini aşaraq təhlükəli manevrlər edən sürücü yol polisinin dəfələrlə “saxla” işarəsi verməsinə məhəl qoymayaraq hərəkəti davam etdirib.
Bunu görən yol polisləri qarşıda süni sıxlıq yaradaraq baykeri dayandıra biliblər. İlkin araşdırma zamanı məlum olub ki, motosikleti idarə edən şəxsi Bakı şəhər sakini, 36 yaşlı Anar Atakişi oğlu Heydərovdur. Onun sürücülük vəsiqəsində isə motosiklet idarə etmək üçün müvafiq kateqoriyanın, eləcə də etibarnamənin olmadığı da üzə çıxıb. Anar Heydərovun barəsində toplanmış materiallar Xəzər rayon Məhkəməsinə təqdim edilib. Məhkəmə qərarı ilə Anar Heydərovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Özü isə 20 gün inzibati həbs cəzası ilə cəzalandırılaraq Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə göndərilib.
Qeyd edək ki, Anar Heydərov müğənni Zemfira İbrahimovanın həyat yoldaşıdır.
Xəbəri paylaş
1 2228 dəfə oxunub.
Digər xəbərlər

24-05-2017, 20:45
Xocalı aerportundan uçuş olsa, Azərbaycan hansı addım atacaq? - AÇIQLAMA
7-08-2021, 11:24
11 saylı ərazi hesablaşma maliyə idarəsində BÖYÜK YEYİNTİ... — 250-dən çox maaş kartı yoxlanılsın...
14-02-2016, 15:27
“Avro-2016” İspaniya çempion oldu
25-07-2017, 11:52
Hər gün dodağınıza kakao yağı sürtsəniz... - 8 MÖCÜZƏVİ FAYDASI
10-04-2015, 14:02
Ancelina Coli və Bred Pitt cütlüyü Suriyadan övladlığa uşaq götürür.
23-02-2017, 14:49
Şəhid əsgərimiz dəfn edilib - FOTO
25-02-2018, 00:47
Beynəlxalq Federasiyaya azərbaycanlı rəhbər təyin olundu
9-07-2017, 10:14
Cəbhədən SON XƏBƏR
26-01-2022, 10:19
Bakıda gənc qadın evində ölü tapıldı
31-07-2015, 11:16
İş adamının baş dərisini soyan “qanuni oğru” tutuldu- Video