Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics
Xocalı aerportundan uçuş olsa, Azərbaycan hansı addım atacaq? - AÇIQLAMA
Tarix: 24-05-2017, 20:45 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Aktual | çapa göndər


Erməni mətbuatı Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Xocalı aeroportu ilə bağlı yeni məlumat yayıb. "Yell Extreme Park" layihəsi çərçivəsində aeroportdan 2 yerlik təkmotorlu təyyarələr havaya qalxacaq və Şuşaya qədər uçuşlar gerçəkləşdirəcək.
"Xankəndi-Şuşa reysi ilə uçuşlar başlayacaq. Bu layihə esktremal turizm həvəskarları üçün nəzərdə tutulub" -deyə "Yell Extreme Park" laiyhəsinin rəhbəri Tiqran Çibuxçyan məlumat verib.
Xocalı aeroportundan uçuşların həyata keçirilməsi siyasi ab-havaya necə təsir edəcək?
Uçuşların gerçəkləşdiyi təqdirdə Azərbaycan tərəfi hansı mövqe ortaya qoya bilər?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc modern.az-a açıqlamasında məsələnin aktuallığına toxunub.  O, bildirib ki, Xocalı aeroportu məsələsi gündəmə gələn vaxtlarda  Azərbaycan tərəfi çox kəskin reaksiya nümayiş etdirmişdi. 
"Uçan obyektləri dərhal vurmaq mümkündür"
"Hətta hava nəqliyyatı sistemi ilə bağlı qanunvericilik aktlarında da ciddi dəyişikliklər aparılmışdı. O zaman müəyyən bir zolaqda, yəni 50 km məsafədə təyyarələrin və ya digər uçuş obyektlərinin təhlükəsizliyini təmin etmək üçün onların üzərinə vəzifələr qoyulduğu bildirilirdi. Bunun üçün beynəlxalq sənəd - Çikaqo Konvensiyası var. Konvensiyada iştirakçı dövlətlərin ərazi üzərindən uçuş qaydaları, mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tələblər öz əksini tapıb. Xocalı aeroportunun açılması açıq-aşkar müharibə üçün təxribatın ən böyüyü idi. Çünki coğrafi məkanı ələ keçirmə, hansısa səngərdə gizlənmək, ağır artilleriyanı ora toplamaq, hava məkanının da işğal edilməsi anlamına gəlməz. Çünki burada uçan obyektləri dərhal vurmaq, koordinasiya nöqtələrini müəyyənləşdirməklə zərərsizləşdirmək mümkündür". 
"Aeroportu açmaqla planlarını həyata keçirmək istəyiblər"
Zahid Oruc Xocalı aeroportunun açılmasında erməni hiyləsini istisna etməyib.
"Xocalı aeroportunun açılmasını gündəmə gətirməklə Ermənistan tərəfinin növbəti planı mövcud olub. Görünür, onlar Qarabağın müstəqilləşməsi istiqamətində növbəti qurbanlarını tapmaq üçün  içində mülki əhali olan təyyarəni Azərbaycan tərəfinin məhv etməsinə çalışırdılar. İstəyirdilər ki, bununla da Kosova modelini işə salmış olsunlar. Bəlkə də, ilk dövrlərdə layihə bundan ibarət idi. Sonrakı dövrlərdə belə addımları atmaqdan çəkindilər. Azərbaycanın gerçək planlara malik olduğunu gördülər. Nəticələrinin ağır olacağını təxmin etdilər".

"Azərbaycan bu məsələyə həssas yanaşır"

Deputat əlavə edib ki, aeroport Xankəndidə, yaxud da hansısa ərazidə yerləşsəydi, hansısa bir qurşaqdan yol tapıb kiçik ölçülü təyyarələri ora endirə bilərdilər.
"Amma Xocalı ilə bağlı məsələ onları çıxılmaz vəziyyətə salıb. Çünki xarici məkana bunu necə təqdim edəcəkdilər?! Məsələ budur. Digər tərəfdən, hazırkı dövrdə ekstremal fəaliyyət üçün həmin addımları atmaq açıq-aşkar ciddi nəticələr doğura bilər. Tutaq ki, idman layihəsi kimi  turistlərə, yaxud  macəra axtaranlara yer vermək istəyirlər. Eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətinə, real vəziyyətinə,  gərginliyin hazırkı durumuna baxmadan addım atıla bilərdi. Bu da növbəti toqquşmanın hədəfinə çevrilərdi. Ona görə də Azərbaycan tərəfi bu məsələyə həssas yanaşdığını bəyan edir. Düşünürəm ki, bu yöndə addım atılacaqsa, Azərbaycan tərəfi real imkanları çərçivəsində dərhal həmin təyyarələri havadan endirmək üçün xəbərdarlıq etməyə, öz qırıcı təyayrələrini yüksəkliyə qaldırmağa, onlara bu yöndə real siqnallar verməyə və tabe olmadığı təqdirdə onu vurmaq hüququna malikdir". 


2448 dəfə oxunub.
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
23-13+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
18-07-2018
bütün xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___