Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sərnişinlərə şad xəbər - Bu avtobuslara pulsuz Wi Fi qoyuldu
Tarix: 23-06-2017 | Saat: 18:20
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Sərnişinlərə şad xəbər

Bu gündən etibarən Xaliq Faiqoğlu şirkətinin istismarında olan 18/61/65 saylı marşrut xəttlərində hərəkət edən avtobuslarda pulsuz “Wi Fi” xidməti sərnişinlərin istifadəsinə verilib.
Bakcell şirkəti ilə birgə həyata keçirilən layihə çərçivəsində avtobusların daxilində yeni nəsil 4 G sürətli WiFi modemlər quraşdırılıb. Qeyd edək ki, internetdən istifadə üçün şifrə tələb olunmur. Wİ Fİ xidməti aktiv  olan avtobuslarda xüsusi məlumatlandırıcı işarələr vurulub. Layihə çərçivəsində mərhələli şəkildə şirkətin istismarında olan bütün avtobuslarda pulsuz internet zonalar yaradılacaq.
 
Bununla yanaşı 18 saylı marşrut xətti üzrə hərəkət edən yeni  BMC Procity markalı avtobusların daxilində istehsalçı zavod tərəfindən xüsusi USB portlar quraşdırılıb ki, sərnişinlər həmin portdan istifadə etməklə mobil elektron cihazların enerjisini təmin edə bilərlər.
 
Məlumat üçün bildirək ki, Xaliq Faiqoğlu MMC 2005-ci ildən fəaliyyət göstərir. Şirkət Bakı şəhərində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan ən böyük özəl şirkətlərdən biridir. Şirkətin istismarında olan 13 marşrut xətti üzrə 300-ə yaxın avtonəqliyyat vasitəsi mövcuddur. Hal-hazırda 18/61/65/79/85/96/135 saylı müntəzəm maşrut xəttlərində elektron ödəniş sistemi (Bakı Kart) tətbiq olunur.  



Xəbəri paylaş

5968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___