Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sumqayıtda uşaqlar arasında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
Tarix: 10-06-2017 | Saat: 19:25
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər


Böyüt

 
Son üç gündə Sumqayıtda 119 uşaqda infeksiya ehtimalı ilə xəstəxanaya müraciət edilib. 
                                      
Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev bildirib.
 
Onun sözlərinə görə, həkimə müraciət edənlər 2-5 yaş arası uşaqlardır: “Ayın 7-dən bəri Sumqayıtda 119 uşaqda infeksiya ehtimalı ilə əlaqədar xəstəxanaya müraciət olunub. Hazırda şəhər Uşaq Xəstəxanasında 54 uşağın müayinəsi davam edir. Yəqin ki, günün sonuna kimi onların da böyük əksəriyyəti evə buraxılacaq. Həkimə müraciət edənlərin əksəriyyətinə kəskin bağırsaq infeksiyası diaqnozu qoyulub. Onlarda əsasən baş ağrısı, ürək bulanma, qusma, halsızlıq müşahidə olunur”.
 
İ. Abdullayev, həmçinin qeyd edib ki, bütün uşaqlardan nümunələr götürülüb: “Bu nümunələrin nəticələri məlum olandan sonra biz dəqiq səbəbləri biləcəyik. Hazırda bizim işimiz bu infeksiyanın mənbəyini axtarmaqdır. İnfeksiya sudan da düşə bilər, qidadan da. Ona görə də əməkdaşlarımız su idarəsində olacaq və içməli sudan da nümunələr götürüləcək”.
 
 
 
 
15:46
 
 
Sumqayıtda xəstəxanaya uşaqlarla bağlı kütləvi müraciət olunub.
 
Sumqayıt şəhər Uşaq Xəstəxanasından verilən xəbərə görə, müraciətlərin çoxu halsızlıq, zəhərlənməyə bənzər əlamətlərlə əlaqədardır. Qeyd olunub ki, hazırda səbəblər araşdırılır. Şəhər İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları xəstəxanadır. Səbəblər məlum olan ikimi ictimaiyyətə açıqlanacaq.
 
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev isə  bildirib ki, onlar hazırda hadisə xəstəxanadadırlar: "Uşaqların hər birindən laborator nümunələr götürüləcək və yaxın zamanlarda ilkin məlumatlar açıqlanacaq".apa




Xəbəri paylaş

8168 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___