Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
20 Yanvar hadisəsini çəkən məşhur fotoqrafdan şok etiraf: O əsgərlər sonra yoxa çıxdı" (VİDEO)
Tarix: 19-01-2016 | Saat: 11:44
Bölmə:Karusel / Gündəm / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər

20 Yanvar hadisəsini çəkən məşhur fotoqrafdan şok etiraf: O əsgərlər sonra yoxa çıxdı" (VİDEO)

"Sovet əsgərlərinin xalqa qarşı təşkil etdiyi qırğının üzərindən 26 il keçməsinə baxmayaraq, ağrılarımız hələ də azalmayıb. 20 Yanvar gecəsi Sovet əsgərlərinin zirehli texnikalarla Bakıya girərək müstəqillik mübarizəsi üçün toplanan vətəndaşlara atəş açdı. Qırğını törədənlər normal əsgərlərdən fərqli idi. Sanki onlar yataqdan yeni durmuşdu. Uzun saçları, saqqalları, qəribə simaları vardı".

Xeberaz.az-in məlumatına görə, bunu məşhur azərbaycanlı fotoqraf Rasim Sadığov CİHAN xəbər agentliyinə müsahibəsində söyləyib. O bildirib ki, Sovet əsgərləri gecə qırğını reallaşdırdıqdan sonra səhərə yaxın gözdən itiblər: "Onlar vəzifələrini gördülər və dərhal getdilər. Ardından Bakıya gənc Sovet ordusu gəldi. Bu dəhşətli qırğını sənədləşdirmək üçün şəhərin hər tərəfini gəzdim. Çəkilən şəkilləri əsgərlərdən qorumaq üçün yoldaşlarından kömək istədim".

Məşhur fotoqraf şəkillərin əsgərlərin əlinə keçməməsi üçün çox əziyyət çəkdiyini söyləyib. Rasim Sadığov hətta bir dəfə əsgərlər tərəfindən saxlanılıb və əlindəki şəkillər alınıb. Ancaq buna baxmayaraq o, digər şəkilləri əlində saxlaya bilib.

O günlərdə qarşısına çıxan hər şeyin şəkilini çəkdiyini ifadə edən Sadığov sözlərinə belə davam edib: "Nə gördümsə çəkdim. Ağacdakı güllə izlərini çəkməyi belə unutmadım. Qan, insan cəsədləri, yaralı insanları çəkirdim. Qırğın günü təxminən 3 min şəkil çəkdim. Zirehli vasitələr, tanklar binalara təsadüfi atəş açırdı. Evlərin içində yaşlılar, uşaqlar, xəstələr güllə yarası almışdı. Çox sayda yaralı var idi. İnsanların çoxu təsadüfi açılan atəşlərdən qorunmaq üçün hamamda gizlənirdi".

O zaman üzərində böyük bir öhdəlik olduğunu dilə gətirən Sadığov, şəkilləri çəkə bilməyin ölümdən daha böyük qəhrəmanlıq olduğunu bildirib: "Qəhrəmanlıq bu qırğını çəkərək dünyaya göstərməkdir. Hər mətbuat işçisi kimi üzərimdə böyük öhdəlik vardı. Hər gün min şəkil hazırlayaraq müəyyən insanlara, səfirliklərə, xarici jurnalistlərə, iş adamlarına göndərirdim. Azərbaycanda yaşanan bu tragediyanın hər tərəfdən eşidilməsini istəyirdim. Dünyanın bu hadisədən xəbəri olmadığını düşünürdük. Sonra öyrəndik ki, hər kəs səssiz qalıb və seçim edib. Çəkdiyim fotolar daha çox Türkiyədə nəşr olundu".

Xəbəri paylaş

7918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___