İŞİD-ə qoşulduğu deyilən azərbaycanlı qadından - Açıqlama
Tarix: 07-06-2017 | Saat: 00:05
Bölmə:Karusel / Hadisə | çapa göndər
İŞİD terror təşkilatının tərkibinə qoşulduğu iddia olunan və barəsində cinayət işi açılan Gürcüstan vətəndaşı olan azərbaycanlı Aydan Qəribova açıqlama verib.
“Xəbəraz.az” xəbər verir ki, “bizim yol”a danışan qadın barəsində cinayət işinin açıldığını və Rusiyaya daxil olmasına qadağa qoyulduğunu təsdiqləsə də, İŞİD-ə qoşulması iddiasını təkzib edib.
Onun sözlərinə görə, yalnış anlaşılma nəticəsində başına bu iş gəlib: “Məni 14 yaşında qaçırıb adətlərə qurban ediblər. Mənim 3 övladım var. Ailə-məişət zəminində davamlı problemlər olduğu üçün həyat yoldaşımdan ayrıldım. Türkiyəyə üz tutdum. Övladlarımı da özümlə apardım. Valideynlərim Rusiyada yaşayırdı. Mən valideynlərimlə və keçmiş həyat yoldaşımla bir müddət əlaqəni kəsdim. Sonra isə “Whatsapp” vasitəsilə əlaqə saxlayırdıq. Uşaqlığımı əlimdən aldıqlarına və həyatımı məhv etdiklərinə görə mən anamı qıcıqlandırmaq üçün gülərək İŞİD-ə qoşulduğuma ehyam etdim. Anam və həyat yoldaşım bu sözümü ciddi qəbul ediblər və hüquq-mühafizə orqanlarına müraciət ediblər. Ötən ilin aprel ayında barəmdə cinayət işi açılıb. Mənim beynəlxalq axtarışa verildiyim deyilir. Mənim yerim bəllidir”.
Aydan Qəribova deyib ki, Türkiyədə oturum icazəsi ala bilmədiyi üçün övladlarının təhsil almasında problem yaranıb və buna görə doğulduğu Gürcüstanın Qardabani rayonuna qayıdıb. Hazırda o, 80 yaşlı əlilliyi olan nənəsi ilə birlikdə burada yaşayır. A.Qəribova nə Suriyaya və İraqa, nə də Dağıstan Respublikasının qanunsuz yollarla hərbi toqquşmaların baş verdiyi ərazilərə getmədiyini bildirib.
Xəbəri paylaş
7788 dəfə oxunub.
Digər xəbərlər

29-12-2021, 11:40
Namiq Qaraçuxurlunun hamıdan gizlətdiyi qızı - Video
21-06-2017, 12:01
Leysan və dolu - SABAH
9-09-2016, 23:07
Xarab olmuş un partladı, 100 nəfər öldü
3-08-2023, 13:14
Mütəxəssislər bu xəstəliyi olanlara xəbərdarlıq etdi: Çölə çıxmayın
16-05-2018, 19:52
Sumqayıtda bədbəxt hadisə: usta dördüncü mərtəbədən yıxılaraq ÖLDÜ
30-04-2016, 11:31
Rus qırıcı ilə ABŞ təyyarəsi havada burun- buruna gəldi
15-07-2015, 09:40
Başı kəsilən balıq 40 dəqiqə sonra dirildi - VİDEO
26-03-2016, 21:20
Məhəmməd Sadaxlı torpağa tapşırılıb
21-07-2021, 22:04
Baş nazirdən toylarla bağlı açıqlama
1-08-2017, 16:21
Prezident İlham Əliyevdən yeni təyinat