ANS-dən gələn cavab - “Get ay batandan sonra gəl...”
Tarix: 02-06-2017 | Saat: 18:27
Bölmə:Karusel / Gündəm | çapa göndər
AMEA-nın Zoologiya İnstitutu fəaliyyəti dayandırılmış ANS teleşirkətinə əmlakını hazırda yerləşdiyi binadan çıxarmaq üçün vaxt vermişdi. Sonuncu dəfə xəbərdarlığa baxmayaraq, ANS teleşirkəti ərazini tərk etməmişdi.
"Xəbəraz.az" modern.az-a istinadən xəbər verir ki, İnstitutun direktoru Elman Yusifov açıqlamasında bildirib ki, ANS teleşirkəti hələ də binanı tərk etməyib:
“Hazırda ANS-lə bağlı məsələdə heç bir irəliləyiş yoxdur. Bəlkə hüquq-mühafizə orqanları kömək etsə, ANS-in əmlakını binadan çıxara bilərik.
Sonuncu dəfə ANS-ə rəsmi məktub yazsaq da, bizi gözləmədən əks cavab verdilər. Bildirdilər ki, “get ay batandan sonra gəl”. Belə halda yalnız yumorla bu böhrandan çıxmaq olar. Yəni konkret heç bir şey yoxdur.
Bizim bütün ərazimiz təxminən 2000 kvadrat metrdən çoxdur və qeyri-qanuni olaraq ANS teleşirkəti tərəfindən zəbt edilib. Onun təxminən 800 kvadrat metri hüquq-mühafizə orqanları tərəfindən bağlanılıb. Amma digər hissəsində ANS-in avadanlıqları yerləşir. Onlar da həmin əmlakı ərazidən çıxarmaq istəmir”.
Elman Yusifov həmçinin qeyd edib ki, ANS-in vitse-prezidenti Mirşahin Ağayevlə də əlaqə yaratmaq mümkün deyil:
“Mirşahin Ağayev yəqin ki, aya köçüb. Çünki telefonlarımızın heç birinə cavab vermir. Çox güman ki, bizi “qara siyahı”ya salıb”.
Xəbəri paylaş
1 6498 dəfə oxunub.
Digər xəbərlər

17-01-2016, 18:19
Bakıda intihar: sirkə turşusu içib özünü öldürdü
30-11-2016, 19:12
Gözəlliyi ilə heyran edən pilot qızdan maraqlı fotolar
29-12-2021, 10:42
Qardaşını öldürdü, arvadını yaraladı - Saatlıda dəhşətli hadisə
17-05-2016, 19:58
TAP təhlükəsizliyə dəstək verəcək - Eyyubov
8-05-2015, 15:43
Köçəryanın oğlu və gəlininə ABŞ-a buraxılmadı
3-07-2015, 10:06
Biznes ortağını öldürən keçmiş yol polisinin cəzası azaldıldı – FOTO
30-08-2021, 15:37
Kəlbəcər məktəbində müəllimlə direktor arasında "soyuq müharibə" ...
23-03-2016, 20:31
Ürək xəstəliklərindən necə qorunmalı?
27-02-2019, 09:50
Abşeronda kanalizasiya qapağı oğurları tutuldu - Foto