Millimiz Türkiyəni yenib, İslamiadanın qalibi oldu
Tarix: 18-05-2017 | Saat: 21:38
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların yarışına yekun vurulub. Məlumatına görə, turnirə ev sahibliyi edən “Bakı Kristal Zal”da əvvəlcə bürünc medallar uğrunda matç, ardınca isə final qarşılaşması baş tutub.
Gözlənildiyi kimi yarışın əsas favoritlərindən hesab olunan milli komandamız çempionluğu hansısa komandaya güzəştə getməyib. Faiq Qarayevin yetirmələri bütün matçlarını qələbə ilə başa vuraraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Ardıcıl 4 qələbə ilə finala vəsiqə qazanan voleybolçularımız həlledici görüşdə Türkiyə ilə qarşılaşıblar. Komandamız qrupda olduğu kimi həlledici hissədə də rəqibinə şans verməyib. Yığmamız 3:1 hesabı ilə qalib gəlməklə, İslamiadanı birinci pillədə başa vurub.
Bürünc medallar uğrunda matçda isə Qırğızıstan Tacikistandan güclü olub.
İslam Həmrəyliyi Oyunları
Voleybol, qadınlar
Final
Azərbaycan – Türkiyə - 3:1 (25:12, 23:25, 25:20, 25:21)
Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Koçyığıt, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 10. Yana Kulan, 11. Katerina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 16. Oksana Kiselyova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibiova.
Xəbəri paylaş
6418 dəfə oxunub.
Digər xəbərlər

3-08-2015, 19:15
Düz bağırsağını "narkotik anbarı" elədi - Sərhəddə saxlanıldı
15-05-2017, 17:04
Bakı-2017: 5 rekord yeniləyən ağır atletimiz çempion oldu
4-05-2015, 23:57
Putin azərbaycanlı milyardəri sevindirdi
27-04-2016, 17:38
SOCAR-ın borcu 6 milyardı keçdi
24-05-2016, 20:23
OPEK prezidenti neftin ədalətli qiymətini açıqladı
17-01-2016, 23:02
Bakıda təcili yardıma yol verməyən sürücü – VİDEO
2-02-2023, 11:39
Bakıda dəhşətli qətlin TƏFƏRRÜATI: Sevgilisinin əl-ayağını bağlayıb, qızını zorladı
12-07-2023, 15:14
Bu uşaqların ailələrinə müavinət ödəniləcək - RƏSMİ
12-02-2017, 02:37
Bakıda generallar at yarışında - REPORTAJ