Bakıda generallar at yarışında - REPORTAJ
Tarix: 12-02-2017 | Saat: 02:37
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Reportaj | çapa göndər

Finlandiyadan Azərbaycana qonaq gələn Datse Ştraus deyir ki, Qarabağ atlarını izləməkdən zövq alır: "Bütün həyatımı Qarabağ atlarına sərf etmişəm. Arzularımdan biri də şəxsən buraya gəlib, Qarabağ atlarının rəsmini çəkmək idi".
Dövlət Sərhəd Xidməti Atçılıq Mərkəzinin yaradılmasının 10 illiyi münasibətilə keçirilən tədbirə qatılan qonaq məhz bu atları izləmək və onların rəsmlərini çəkmək üçün burada olduğunu deyib.
Qarabağ və Diliboz atlarını izləməyə yerli sakinlər də təşrif buyurmuşdu.
Hazırda Qarabağ və Diliboz atları üzərində süvari qruplar arenada tamaşaçılar qarşısında çıxışlara başlayıb. Çıxışlardan dərhal sonra isə Konkur elementləri üzrə yarışlara start verilib.
Daha sonra İslan Poniləri Çövkən komandaları, Konkurçular, Poloçular parad şəklində atlarla manejə daxil olub. Atlar üzərində süvarilərin çıxışları maraqla qarşılanıb.
Çıxışlardan sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev fərqlənmiş idmançıları və hərbi qulluqçuları mükafatlandırıb.
Tədbirdə Atçılıq Mərkəzinin əldə etdiyi uğurlardan danışılıb. Bildirilib ki, Arena Polo üzrə 1-ci Avropa Çempionatında milli komandamızın qazandığı qələbədə sərhədçi idmançıların xüsusi rolu olub.
6188 dəfə oxunub.
Digər xəbərlər

6-02-2018, 18:49
Yeni binalarla bağlı YENİLİK
4-11-2016, 18:45
ANS-dən XƏBƏR VAR
20-12-2017, 16:17
Balakəndəki 12 yaşlı qızını zorlayıb hamilə buraxan ögey atanın daha bir dəhşətli cinayəti
4-11-2016, 12:03
Bakı-Sumqayıt qatarında gediş haqqı ucuzlaşır
8-05-2016, 17:02
Millət vəkili İordaniya baş naziri ilə görüşdü
25-07-2016, 11:32
7 gündən sonra gözlərinizə inanmayacaqsınız
6-11-2018, 11:24
Cahangir Hacıyevin vəkilinin fəaliyyəti DAYANDIRILDI
28-02-2016, 17:41
KİV nümayəndələrinə Rayon İcra başcısının laqeyd münasibəti
17-05-2016, 21:57
“Müsəlman dünyası ilə inteqrasiya Azərbaycandan başlayır”
16-02-2021, 10:33
Əhməd İsmayılovdan jurnalistlər üçün tikilən bina ilə bağlı AÇIQLAMA