“Mən – Həzrət İbrahimin (ə) duasının nəticəsiyəm” - Həzrət Peyğəmbər (s)
Tarix: 26-04-2017 | Saat: 16:13
Bölmə:Karusel / İbadət | çapa göndər
Həzrət Peyğəmbər (s) özü öz mübarək xüsusiyyətlərini bizə tanıtmış və bu haqda hədislərin vasitəsilə məlumatlar vermişdir.
1. Allahın tərbiyə etdiyidir. Həzrət Peyğəmbər (s) buyurur: “Mən – Allahın tərbiyə etdiyi və Əli (ə) – mənim tərəfimdən tərbiyə edilmişdir”.
2. İlahi rəhmətdir. Həzrət (s) buyurur: “Həqiqətən, mən – hidayət olunan rəhmətəm”.
3. İbrahimin (ə) duasının nəticəsidir. Həzrət Peyğəmbər (s) buyurur: “Mən – Həzrət İbrahimin (ə) duasının nəticəsiyəm”.
4. Ən üstün insandır. Həzrət Peyğəmbər (s) buyurur: “Mən – Adəm övladlarının seyyidiyəm”. Həzrət (s) başqa yerdə buyurur: “Allah məndən üstün məxluq xəlq etməmişdir. Allah yanında məndən əziz olanı yoxdur”.
5. Ən bilikli insandır. Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən, sizlərin ən biliklisi və ən təqvalısı – mənəm”.
6. Rəsulların (ə) rəhbəridir. Həzrət Peyğəmbər (s) buyurur: “Mən – göndərilmişlərin rəhbəriyəm. Mən – peyğəmbərlərin xatəmiyəm. Mən – ilk şəfaət edən və ilk şəfaət olunanam”.
7. İlk daxil olandır. Peyğəmbər (s) buyurur: “Mən Allah kitabı və Əhli-Beytimlə (ə) bir yerdə Allaha ilk daxil olanam. O zaman (ümmətim) daxil olacaqdır və ümmətimdən soruşacağam: “Quran və Əhli-Beytimlə (ə) nə etmisiniz?””.
8. İlahi hədiyyədir. Həzrət Peyğəmbər (s) buyurur: “Beş şey mənə əta edilmişdir ki, məndən əvvəlki peyğəmbərlərin heç birinə verilməmişdir:
1. Mən bütün aləmlər üçün göndərilmişəm.
2.Torpaq mənim üçün pak və səcdəgah qərar verilmişdir.
3. Qorxu ilə yardım edilmişəm (düşmənlərin qəlbinə qorxu salınaraq).
4. (Döyüş) qəniməti mənim üçün halal hesab olunmuşdur. Halbuki, məndən əvvəl heç kəsə halal deyildi.
5. Mənə Allah tərəfindən bütün sözlər hərtərəfli verilmişdir”.
9. Ümümdünya risalətinə malikdir. Həzrət Peyğəmbər (s) buyurur: “Mən o kəslərin rəsuluyam ki, həyatım zamanında onları dərk etmişəm və o kəslər ki, məndən sonra dünyaya gələcəklər”. (deyerler.org)
Xəbəri paylaş
6048 dəfə oxunub.
Digər xəbərlər

7-02-2016, 15:44
Azərbaycanda bu banklar ləğv olunur
6-05-2016, 17:29
Hüseyn Maloğlu çəkiliş zamanı öldü
25-03-2016, 19:39
Məmur oğlu ona irad bildirən gənci tutdurdu - Zərdabda biabırçılıq
18-12-2017, 10:33
Bakıda qadın ərinin məşuqəsini bıçaqladı
1-02-2019, 18:03
Aqil Abbasdan deputatlara ÇAĞIRIŞ:“Kitab qız kimi sevilməlidir, sinə üstündə yatmalıdır”
18-11-2015, 17:36
Azərbaycan erməni hərbi əsiri geri qaytardı – VİDEO
19-09-2016, 15:01
FETÖ-çu general əsgərləri ölümə belə göndərib
17-03-2016, 09:09
"Barselona" möcüzəyə imkan vermədi, Münhendə 6 qol - FOTO
11-12-2015, 14:43
Nardaranda silahla dolu kisə tapıldı
24-08-2015, 15:54
Qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinən prodüser azadlıqda