Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan erməni hərbi əsiri geri qaytardı – VİDEO
Tarix: 18-11-2015 | Saat: 17:36
Bölmə:M / Karusel / Gündəm / Müsahibə | çapa göndər

Azərbaycan erməni hərbi əsiri geri qaytardı – VİDEO
Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında.

Təmas xəttini bu ilin martın 22-də keçən erməni əsgər Andranik Qriqoryan bu gün, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı geri qaytarılıb.

Təhvilvermə Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında baş verib.

Bu barədə Oxu.Az-a BQXK-dan bildiriblər.

Məlumata görə, BQXK saxlandığı dövr ərzində bu şəxsə mütəmadi olaraq baş çəkərək onun saxlanma şəraitini və onunla necə davranıldığını qiymətləndirib və ailəsi ilə əlaqə yaradılmasında yardimçı olub.

“Azərbaycan tərəfinin qərarından sonra BQXK, neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq və bütün tərəflərlə əməkdaşlıq şəraitində bu qaytarılmanın həyata keçirilməsinə yardımçı oldu. Əməliyyatdan əvvəl BQXK-nın nümayəndələri bu hərbi əsirə baş çəkərkən o, geri dönmək arzusunu bildirib”, - deyə, təşkilatdan qeyd ediblər.

Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, 1992-ci ildən bəri regionda fəaliyyət göstərir.


Xəbəri paylaş

6908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___