Azərbaycana gətirilən bu mallar RÜSUMDAN AZAD EDİLDİ
Tarix: 22-04-2017 | Saat: 15:43
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Azərbaycana gətirilən tütün toxumları və tinglər gömrük idxal rüsumuna cəlb edilməyəcək.
"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nə dəyişiklik edib.
Qüvvədə olan "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə 12-ci qrupda (Yağlı toxum və meyvələr, digər toxum, meyvələr və taxıl, dərman bitkiləri və texniki məqsədlər üçün bitkilər, saman və yem) 1209 99 990 0 alt yarımmövqeyindəki digər mallar gömrük dəyərlərinin 3%-i həcmində gömrük idxal rüsumuna cəlb edilib. Dəyişikliyə əsasən tütün toxumları ayrıca sətirdə göstərilməklə gömrük idxal rüsumundan azad edilir, bu kateqoriyadan olan digər mallar isə yenə 3% gömrük idxal rüsumuna cəlb ediləcək.
Digər dəyişiklik tinglərlə bağlıdır. İndiyə qədər "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə 6-cı qrupda olan canlı ağaclar və digər bitkilər (bitkilərin kökləri, soğanaqları və digər analoji hissələri, kəsilmiş çiçəklər və dekorativ bitkilər), o cümlədən üzüm qələmi (peyvənd edilmiş və ya kök ilə) gömrük idxal rüsumuna cəlb edilməyib. Dəyişikliyə əsasən ting və üzüm qələmi (peyvənd edilmiş və ya kök ilə) istisna ilə bu kateqoriyada digər ağaclar, kollar və kolluqlar (peyvənd edilmiş və ya edilməmiş, yeməli bar gətirənlər) gömrük dəyərlərinin 15%-i həcmində gömrük idxal rüsumuna cəlb ediləcək.
Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
Xəbəri paylaş
8788 dəfə oxunub.
Digər xəbərlər

25-01-2022, 12:14
"O qədər estetik etdiriblər ki, kişini itirməkdən qorxurlar" - Elzadan həmkarlarına
17-03-2016, 19:14
Həlak olan neftçilərə abidə qoyulacaq (FOTO)
28-12-2017, 12:20
Ziya Məmmədovun müşavirinin qohumu xəstəxanada damarlarını doğradı
10-07-2016, 18:45
Ben Ladenin oğlu atasının qisasını alacaq
1-07-2020, 17:14
Bakıda bəzi yerlərdə polis postları götürüldü
13-07-2019, 11:46
Goranboydakı silahlı insidentlə bağlı RƏSMİ AÇIQLAMA
13-08-2016, 20:14
Toyuna 7 gün qalmış dağdan yıxılıb öldü
17-05-2018, 10:15
13 yaşlı məktəbli özünü asıb-Şamaxıda
7-07-2016, 04:46
Dogum tarixinize gore sizin bitkiniz
17-11-2017, 11:48
Bakıda daha bir vəzifəli şəxsin oğlu avtoxuliqanlıq etdi - VİDEO