Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aprel şəhidindən yadigar qalanlar... - 1 il keçdi + Fotolar
Tarix: 02-04-2017 | Saat: 16:09
Bölmə:Karusel / Gündəm | çapa göndər

Aprel şəhidindən yadigar qalanlar... - 1 il keçdi + Fotolar

Bu gün aprel döyüşlərində şəhid olan pilotlarımız mayor Urfan Vəlizadə və mayor Təbriz Musazadənin il mərasimi keçirilib.

"Xəbəraz.az " azvision.az-a istinadən xəbər verir ki, anım mərasimində şəhidlərin hərbçi yoldaşları, ailə üzvləri, yaxınları iştirak ediblər. Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov və digər yüksək rütbəli zabitlər də şəhidlərin məzarını ziyarət edib, ailələrinə başsağlığı veriblər.

Şəhid pilot Urfan Vəlizadənin yoldaşı Könül Vəlizadə bildirib ki, geridə qalan bir il onlar üçün olduqca çətin keçib: “Urfansız çətindir. Onun üçün çox darıxıram”.

Könül xanım Urfan Vəlizadənin məzarını ziyarətə gələn hər kəsə təşəkkür edib: “Bura gələn hər kəsə təşəkkür edirəm. Bizi tək qoymadılar. Hərbçi yoldaşları şəhidləri daim diqqətdə saxlayır”.

Şəhidin qardaşı Vidadi Vəlizadə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkür edib.
Şəhid pilot Urfan Vəlizadənin qızı Zəhra Vəlizadə atasının məzarı başında skripkada ifa edib.


Aprel şəhidindən yadigar qalanlar... - 1 il keçdi + Fotolar
Aprel şəhidindən yadigar qalanlar... - 1 il keçdi + Fotolar
Aprel şəhidindən yadigar qalanlar... - 1 il keçdi + Fotolar
Aprel şəhidindən yadigar qalanlar... - 1 il keçdi + Fotolar
Aprel şəhidindən yadigar qalanlar... - 1 il keçdi + Fotolar
Aprel şəhidindən yadigar qalanlar... - 1 il keçdi + Fotolar
Aprel şəhidindən yadigar qalanlar... - 1 il keçdi + Fotolar
Aprel şəhidindən yadigar qalanlar... - 1 il keçdi + Fotolar


Xəbəri paylaş

9408 dəfə oxunub.

Digər xəbərlər
2-11-2018, 15:07 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___