Müdafiə Nazirliyi: Düşmən razılşamanın şərtlərini növbəti dəfə pozmağa çalışır
Tarix: 18-04-2016 | Saat: 12:32
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
“Qoşunlarımız yalnız atəşkəs rejimini pozan düşmən bölmələrinin mövqelərinə cavab zərbələri endirib”
"Ermənistan mətbuatının qoşunların təmas xəttində guya Azərbaycan tərəfindən təxribat törədilməsi və cəbhənin şimal istiqamətində 2 erməni hərbçisinin yaralanmasına dair yaydığı məlumatlar hərbi əməliyyatların dayandırılması barədə razılığın kobud surətdə pozulmasına hesablanıb".
Bu barədə Musavat.com-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumatda deyilir ki, beynəlxalq vasitəçilərin iştirakı ilə əldə olunmuş razılığa əsəsən, döyüş meydanında qalmış meyitlərin axtarılaraq çıxarılması prosesi aprelin 19-da səhər saatlarında məhz cəbhənin həmin hissəsində həyata keçirilməlidir: "Bu kimi məlumatları yaymaqla qarşı tərəf razılaşmanın şərtlərini növbəti dəfə pozmağa, adlarını açıqlamadıqları itkilərini gizlətməyə və prosesləri uzatmaq üçün zəmin yaratmağa çalışır.
Düşmən tərəfindən məqsədyönlü şəkildə yayılan bu xəbərin əsası yoxdur. Ötən sutka ərzində Silahlı Qüvvələrimizin bölmələri tərəfindən heç bir əməliyyat fəaliyyəti həyata keçirilməyib. Qoşunlarımız yalnız atəşkəs rejimini pozan düşmən bölmələrinin mövqelərinə cavab zərbələri endirib.
Xəbərdə yer alan erməni hərbçilərinin yaralanması hadisəsinin isə intizamsızlıq və qarşılıqlı münasibətlərin pozulması nəticəsində baş verdiyi məlum olub".
Xəbəri paylaş
5378 dəfə oxunub.
Digər xəbərlər

3-02-2017, 20:45
Əkizlərə hamilə olan Beyonsdan ÇILPAQ FOTOLAR
11-06-2017, 23:09
1-ci sinifdən yanaşı addımlayan məşhur azərbaycanlı CÜTLÜK
17-04-2017, 22:05
“Boavişta” Kamran Ağayevlə yollarını rəsmən ayırdı
21-12-2016, 01:45
Xarabalığa çevrilən Hələbin – Son görüntüsü
6-12-2015, 14:16
Türkiyəli məşhurlardan Azərbaycana başsağlığı - fotolar
26-08-2016, 22:27
Qadınlar təkcə seks üçün deyil – Onlarla bunu da etmək olar
12-08-2019, 19:02
Vilayət Eyvazov baş müstəntiqin vəzifəsini artırdı
17-06-2016, 15:20
Ucar sakini öz evini yandırdı
28-11-2016, 14:41
Paxıllıq, inadkarlıq, laqeydlik və qətiyyətsizlik hansı orqanların ağrımasına səbəb olur?