Yuxu dərmanları ölümə səbəb ola bilərmi? - XƏBƏRDARLIQ - VİDEO - FOTO
Tarix: 08-03-2017 | Saat: 21:18
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
"Xəbəraz.az "bildirir ki, ARB TV-nin "Günün ardınca" verilişində yuxu dərmanlarının ziyanlarından bəhs edilib.
Alimlərin hesablamalarına görə, insan ömrünün üçdə birini yuxuda keçirir. Yuxu canımızdakı yorğunluğu çıxarmağa, enerjimizi bərpa etməyə bizə kömək edir.
Akif Əsədullayev (psixiatr) : "Yuxu müddətində bütün bədən istirahət edir. Eyni zamanda beyində olan müəyyən funksiyalar bir növ sönmüş şəkildə olur. Onlar istirahət edir. Səhəri gün insan qalxanda daha gümrah olur. Yuxu dərmanları asılılıq yarada bilər. Həkim nəzarəti ilə yuxu dərmanlarından istifadə olunmalıdır".
Mirsakit Miriyev (nevroloq) : "Elə adamlar var ki, qısamüddətli yatır. 5 saata özünü gümrah hiss edir. Elə adamlar da var ki, 10 saat da yatsa, bəs etmir. Yuxu dərmanları həkim reseptləri ilə verilməlidir. Doza düzgün verilməyəndə xoşagəlməz hallar baş verir. Sürücülərə və dəqiq cihazlarla işləyən şəxslərə yuxu dərmanı vermək məqsədəuyğun deyil".
Bəzən elə hallar var ki, insanlar yuxusuzluqdan əziyyət çəkir. Belə olduqda yuxunu nizama salmaq üçün müəyyən şeylərdən istifadə olunur. Hətta yuxu dərmanlarından da istifadə olunur.
Elazə Məmmədova (əczaçı) : "Bizə müxtəlif cür yaxınlaşıb yuxu dərmanları istəyirlər. Amma həkim resepti olmadan satmırıq. Resept tələb olunmayan dərmanları veririk".
Eyni zamanda tənəffüs yolunda problemləri olan şəxslərə yuxu dərmanı vermək fəsadlar törədə bilər. Mütəxəssislərin fikrinə görə, yuxu problemləri olan şəxslər ilk öncə yuxularına mane olan səbəbləri aradan qaldırmalıdırlar.
Xəbəri paylaş
8048 dəfə oxunub.
Digər xəbərlər

7-10-2015, 18:13
"Mənə toxunduğu üçün bıçaqladım" - VİDEO
13-05-2017, 17:29
Daxili Qoşunlarda andiçmə mərasimi keçirilib
11-12-2016, 10:27
Kilsə damı uçdu: 200-dək dindar öldü
9-08-2023, 17:23
Amerikada şəhər meri balıq ovuna çıxdı, milyon dollar dəyərində kokain “tutdu” - FOTO
17-01-2017, 14:03
"Bu dəfə ermənilərə fəlakət zərbəsi endiriləcək" - General
26-03-2015, 12:13
Bakının Sabunçu rayonunda, ata amansızcasına qızını öldürdü
18-07-2018, 13:02
Azərbaycanlı aktrisa bu dəfə şortiki ilə gündəmdə - Foto