Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Daxili Qoşunlarda andiçmə mərasimi keçirilib
Tarix: 13-05-2017 | Saat: 17:29
Bölmə:Karusel / Gündəm | çapa göndər



Mayın 13-də Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmətə yeni qəbul edilmiş əsgərlərin təntənəli andiçmə mərasimi keçirilib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, tədbirin əvvəlində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra nümunəvi-göstərici hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub.
Sonra əsgərlər hərbi and içərək, ölkəmizin mənafeyini, suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına söz veriblər.
Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov vətənə sədaqət andı içən əsgərləri əlamətdar gün münasibətilə təbrik edib. Bu gün Daxili Qoşunlarda hər bir əsgərin normal xidməti üçün hərtərəfli şəraitin yaradıldığını deyən general-leytenant Ş.Məmmədov bildirib ki, hərbi qulluqçularımızın sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə atılan bütün addımlar Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordu quruculuğuna olan diqqətin tərkib hissəsidir. Hər birimiz vətənin etibarlı müdafiəsi, dövlət və dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın firavanlığı, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi naminə qarşımızda duran tapşırıqları vicdanla yerinə yetirməli, xidmətin düzgün təşkili və keyfiyyətli aparılması üçün əlimizdən gələni əsirgəməməliyik.
O, hər bir gəncin vətənə sədaqətlə xidmət edəcəyinə, xidməti-döyüş tapşırıqlarının keyfiyyətlə yerinə yetirilməsində öz fədakar xidmətini əsirgəməyəcəyinə, Azərbaycan Konstitusiyasına, hərbi anda və nizamnamələrə daim sadiq qalacağına, dövlətçiliyimizin qorunması, ölkəmizin daha da qüdrətlənməsi, inkişaf və tərəqqisi naminə uğurlar əldə edəcəyinə əminliyini ifadə edib.
Mərasimdə çıxış edən qonaqlar, əsgər valideynləri təbriklərə qoşularaq, Daxili Qoşunlarda əsgərlər üçün yaradılmış hərtərəfli şəraitə görə ölkə başçısına və DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.



4618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___