Qanunsuz dini təbliğat aparan şəxs həbs edildi
Tarix: 24-02-2017 | Saat: 10:35
Bölmə:Karusel / Hadisə / M2 / İbadət | çapa göndər
Masallı şəhər sakini Sərdar Babayev qanunsuz dini fəaliyyət göstərdiyinə görə həbs edilib.
Bu barədə Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
O bildirib ki, S.Babayev Masallıda pasport qeydiyyatında olsa da əsasən Bakı şəhərində yaşayıb, amma mütəmadi olaraq bütün bölgələrdə, o cümlədən Masallı şəhərində qanunsuz dini fəaliyyətlə məşğul olub.
S.Heydərovun sözlərinə görə, S.Babayev barəsində Cinayət Məcəlləsinin 168-1.3.1 maddəsi ilə Masallı Rayon Prokurorluğunda cinayət işi başlanılıb və rayon məhkəməsinin 22 fevral 2017-ci il tarixli hökmü ilə 3 ay həbs qətimkan tədbiri seçilib: “Cinayət Məcəlləsində nəzərdə tutulur ki, xaricdə təhsil alan şəxslər dini təbliğat, dini ayin və mərasimlərin aparılmasına rəhbərlik edə bilməzlər. Sərdar Babayev barəsində aparılan araşdırma nəticəsində məlum olmuşdu ki, o 1991-ci ildə İranın Qum şəhərində Beynəlxalq Əlmustafa Universitetinin İlahiyyat fakültəsində təhsil alıb”.
Komitə sədrinin müavini bildirib ki, S.Babayev Masallı cümə məscidində dəfələrlə qanunun tələblərini pozaraq dini ayinlər icra edib: “Bu barədə ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz fəaliyyətini davam etdirib”.
Xəbəri paylaş
6748 dəfə oxunub.
Digər xəbərlər

27-01-2017, 18:46
Kəlbəcərli seçicilərlə növbəti görüş keçirilib-FOTOLAR
8-09-2021, 17:02
Hərbçimiz intihar etdi - Cinayət işi başlandı
8-05-2016, 17:23
Mardində partlayış: 2 şəhid, 1 yaralı
12-10-2020, 21:47
Mnatsakanyan Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək
28-08-2016, 20:52
“Ona əmi deyirdim, əlimdən tutub əxlaqsız təklif etdi”- 2 uşaq anası necə qatil oldu
22-05-2019, 12:44
Elnurun geyimi tənqid olundu
21-07-2016, 16:53
İran iki günə 40 terrorçu yaxaladı
18-09-2015, 12:22
IŞİD-Suriyanın ikinci böyük şəhərini xəritədən silir
12-02-2016, 15:57
NATO-nun 4 gəmisi Azərbaycan sərhədinin yaxınlığına gəldi