Hərbi attaşelər və xarici KİV nümayəndələri Alxanlı kəndinə səfər ediblər
Tarix: 06-07-2017 | Saat: 10:41
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi və Baş Prokurorluq və Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələrinin, hərbi attaşelərin Füzuli rayonunun Alxanlı kəndinə səfəri təşkil olunub.
XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Apa-ya açıqlamasında bildirib ki, səfərdə TRT, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, RİA "Novosti”, "Amerikanın Səsi", “İnterfax”, BBC və digər xarici KİV nümayəndələri iştirak edir.
Habelə, 12 dövlətin 15 hərbi attaşesi də Alxanlıya səfər edib.
Bu sırada ABŞ, Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Bolqarıstan, Çexiya, Ukrayna, Belarus hərbi nümayəndələri və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin diplomatları iştirak edirlər.
Səfər çərçivəsində onlar iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə atəşə tutması nəticəsində həlak olmuş Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olduqları hadisə yeri ilə tanış olacaq, əraziyə baxış keçiriləcəklər.
Onlara baş vermiş hadisə barəsində yerində ətraflı məlumat veriləcək.
Onlar yaralı Quliyeva Sərvinaza da baş çəkəcəklər.
Xəbəri paylaş
6088 dəfə oxunub.
Digər xəbərlər

2-06-2015, 13:26
"İlhamə qaça bilməsə də, hərəkət edəcək"
3-03-2016, 14:44
Azərbaycanlı Van Damın məşhur şpaqatını təkrarladı – VİDEO
21-01-2021, 11:39
FELAH DENDEN KİMDİR?
26-04-2016, 21:11
Oqtay Əsədov Tokayevlə görüşdü
18-10-2015, 15:58
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirilib
5-03-2021, 18:05
İlham Əliyev yeni formalaşan İdarə Heyətinə tapşırıq verdi
15-11-2015, 15:03
Arvadını sosial şəbəkələrdə rüsvay etdi - FOTO
1-07-2016, 18:20
"Möhtəşəm 100 gün"ün qalibləri məlum oldu - Foto
3-09-2021, 11:02
Gəncədə DƏHŞƏT: 22 yaşlı hamilə arvadını döydü, uşağı tələf oldu
29-04-2017, 12:40
Son 7 ildə Azərbaycanda məktəbi bitirən məzunların sayı 11% azalıb