ANS rəhbərliyinə cinayət işi açıldı - Rəsmi
Tarix: 09-01-2017 | Saat: 14:47
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanılıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxlanılıb. Eldar Sultanov məsələ ilə bağlı qısa açıqlama verib:
"ANS rəhbərliyinə terrorçuluğun təbliğinə görə cinayət işi açılması ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinə çoxsaylı sorğu daxil olub. Ağır cinayətlərə dair istintaq idarəsi ilə danışıb, məsələni dəqiqləşdirdikdən sonra bununla bağlı açıqlama veriləcək".
Qeyd edək ki, bu barədə məlumatı vəkil Elçin Sadıqov özünün Feysbuk səhifəsində dünən yazıb.
Vəkil bildirib ki, televiziyanın ABŞ üzrə xüsusi müxbiri Qənirə Ataşovanın 27 oktyabr 2016-cı il tarixdə Bakı şəhərindən İstanbul şəhərinə uçarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılması da bu işlə bağlı olub:
"ANS TV ilə əməkdaşlıq etmiş jurnalist Qənirə Ataşova 27 oktyabr 2016-cı il tarixdə Bakıdan İstanbul şəhərinə uçarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilərək geri qaytarılıb.
Araşdırma zamanı məlum olub ki, ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara dair ibtidai istintaqı aparılan 162006055 saylı cinayət işi üzrə Qənirə Ataşovanın "Giriş-çıxış və qeydiyyat" İAMAS üzrə sərhəd keçməsinə məhdudiyyət qoyulmuşdur”.
Xəbəri paylaş
9658 dəfə oxunub.
Digər xəbərlər

10-05-2015, 16:36
İran Dağlıq Qarabağ münaqişəsində Azərbaycan tərəfini dəstəkləyir.
9-11-2023, 13:24
Sənədsiz evlərin qazı, suyu, işığı kəsiləcək? - RƏSMİ CAVAB
22-10-2020, 12:12
Ermənistan Sərdar Ortacı şəhid Azərbaycan əsgəri kimi təqdim etdi - Foto
18-01-2017, 18:37
"Azərbaycan Gözəli - 2017" start götürdü– Foto
30-06-2021, 12:19
DİN pişiyə işgəncə verən şəxslə bağlı araşdırmaya başladı
13-06-2019, 12:55
Ali məktəblərə imtahansız qəbul olunmaq istəyənlərin qeydiyyatı başladı
9-02-2018, 15:52
Məhkəmə Əfqan Muxtarlının şikayətinə baxacaq
22-04-2016, 15:06
ABŞ ordusu 3 zirehli maşın itirdi — VİDEO
20-01-2019, 11:04
17 milyon izləyicisi olan it öldü