Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məhkəmə Əfqan Muxtarlının şikayətinə baxacaq
Tarix: 09-02-2018 | Saat: 15:52
Bölmə:Karusel / Gündəm | çapa göndər


Fevralın 20-də jurnalist Əfqan Muxtarlının apellyasiya şikayətinə baxılacaq.
 
Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.
 
Vəkil deyib ki, Əfqan Muxtarlının AR CM-nin 206.1., 315.2. və 318.1-ci maddəsilə məhkum olunması barədə Balakən rayon məhkəməsinin 12.01.2018-ci il tarixli hökmündən verdiyimiz apellyasiya şikayətinə baxılacaq:
“Şəki Apellyasiya Məhkəməsinin hakimi Rafail Əliyevin sədrliyi ilə 20.02.2018-ci il tarixdə saat 12:00-da apellyasiya şikayətinə ilkin baxış iclası keçiriləcək”.
 
Vəkil Ə.Muxtarlıya bəraət verilməsini tələb etdiyini bildirib:
 
“Apellyasiya şikayətində apellyasiya baxışının qismən məhkəmə istintaqı ilə aparılması və Muxtarlı Əfqan Sabir oğluna bəraət verilməsini tələb etmişik.
 
Rəsmi məlumata görə, Ə.Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə.Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərində şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.
 
Ona Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. məhkəmənin hökmü ilə Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib. 


Xəbəri paylaş

5628 dəfə oxunub.

Digər xəbərlər
29-12-2015, 10:50 Cəbhədən son xəbər

bütün xəbərlər
____ Instagram ___