Ağrıları azaldan, təzyiqi salan, qaraciyəri möhkəmləndirən UCUZ VƏ EFFEKTLİ VASİTƏ
Tarix: 28-12-2016 | Saat: 19:00
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Bu ucuz və effektli müalicəvi vasitə keçmişdə daha tez-tez istifadə olunurdu. Təəssüf ki, hal hazırda qrelka müalicəvi vasitə kimi demək olar unudulub.
İstənilən nahiyəyə qoyulan isti qrelka yerli qan dövranını yaxşılaşdırır və bununla da bir sıra sağlamlıq problemlərini həll etməyə kömək edir.
İsti qrelka bu kimi hallarda çox effektli müalicəvi vasitə kimi istifadə oluna bilər:
1. Soyuqdəymədən şübhələnirsinizsə, pəncələrin altına isti qrelka qoyun. Pəncələrdə çoxlu sayda bioloji aktiv nöqtələr var. Bu nöqtələrə təsir etməklə siz soyuqdəymənin və zökəmin qarşısını ala bilərsiniz.
2. Təzyiqiniz qalxıbsa, isti qrelkanı pəncələrə və (və ya) baldırlara qoyun. Nəticədə ayaq damarları genişlənəcək, qan bura yönələcək və bu da təzyiqin azalmasına kömək edəcək.
3. Miqren zamanı pəncələrə qoyulmuş qrelka ağrını azaldır.
4. Sistit zamanı isti qrelkanı qarnın aşağı hissəsinə qoyun.
5. Artrit zamanı qrelkanı xəstə oynağın üzərinə qoyun. Bu ağrıları azaldacaq.
6. Köp zamanı qrelkanı qarnın üzərinə qoyun. Bu köpü və ağrıları azaldır.
7. İsti qrelka qaraciyərin fəaliyyətini yaxşılaşdırır. Qrelkanı sağ qabırğaaltı nahiyəsinə qoyun və 20 dəqiqə uzanın.
Nəzərə almaq lazımdır ki, bəzi hallarda qrelkadan istifadə sağlamlığa ziyan vura bilər. Belə ki, səbəbi bilinməyən qarın ağrıları, tromboflebit, qanaxmalar zamanı və bəzi digər hallarda qrelkadan istifadə etmək olmaz.
Saglamolun.Az
Xəbəri paylaş
7838 dəfə oxunub.
Digər xəbərlər

13-03-2018, 21:20
Azərbaycan ordusunun təlimi vaxtı ərazinin kəşfiyyatı aparılıb - VİDEO
30-01-2022, 10:58
Axşam vaxtı bunları yeyin - KÖKƏLMƏYƏCƏKSİNİZ
17-04-2018, 16:59
Fəxrəddin Manafov: "Hər şey qaydasındadır"
14-11-2016, 11:00
Sevdanın yeni doğulmuş körpəsi - FOTOLAR
22-06-2023, 15:32
2 yaşlı körpə 8 aylıq hamilə anasını öldürdü
2-11-2020, 19:26
Qırmızı Bazarda düşmənin canlı qüvvəsi məhv edildi - VIDEO
24-01-2017, 21:11
Qızları özlərinə bənzəyən 10 məşhurlar+fotolar
22-02-2017, 11:22
Sumqayıtda ağır qəza: qadın öldü
10-08-2016, 10:22
Abşeronda bir gecədə 3 mağaza qarət edilib
3-04-2017, 22:51
Qısa ətəyi Məryəmi pis vəziyyətdə qoydu - foto