Bakı sərnişin stansiyasından sərnişinlərə surpriz - Foto
Tarix: 19-12-2016 | Saat: 16:34
Bölmə:Karusel / Hadisə / Bizim seçim / Foto-fakt | çapa göndər
Paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin stansiyasının yüksək səviyyədə, eləcə də müasir dövrün tələblərinə cavab verməsi üçün burada yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranıb.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın verdiyi məlumata görə, vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulur, vağzal binasının daxilində tam yenidənqurma işləri görülür. Həmçinin bilet kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəz olununb. 1 ədəd yük, 2 ədəd sərnişin və 1 ədəd əlillər üçün panoram-lift quraşdırılıb.
Əsaslı təmirdən sonra burada inzibati otaqlar, müasir standartlara cavab verən ticarət və iaşə obyektləri, gözləmə zalı, ana-uşaq və namaz otaqları sərnişinlərin istifadəsinə veriləcək.
Onu da qeyd edək ki, vağzal binasının ikinci mərtəbəsində ASAN Xidmət fəaliyyət göstərəcək. Sərnişinlər pulsuz Vay-fay sistemindən istifadə edəcəklər. Bundan başqa, Bakı sərnişin stansiyasının 7 platforması və 8 yolu əsaslı təmir olunub, platformalarda 34 ədəd ikitərəfli oturacaq quraşdırılıb. 8 çıxışlı (4-ü vağzala, 4-ü şəhərə) tuneldə son tamamlama işləri görülür.
Sürətlə davam edən əsaslı təmir işlərinin yaxın günlərdə başa çatması nəzərdə tutulur.
Xatırladaq ki, XIX əsrin memarlıq abidələrindən olan Bakı sərnişin vağzalı ilk dəfə 1884-cü ildə istifadəyə verilib.
Vağzal binasının mavritaniya üslubunda təqdim olunan ilk layihəsinin müəllifi Bruni, rəssamı Drittenpreys, memarı N.L.Qlebov olub, tikinti işlərinə isə memar L.Z.Rossi başçılıq edib.
Bakı dəmir yolu vağzalı zəmanəsinin çox gözəl, Avropa və Şərq memarlıq elementlərinin üzvü surətdə qovuşduğu orijinal memarlıq kompleksidir. 1977-ci ildə Bakı-sərnişin stansiyasında yeni vağzal binası tikilib. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal Zaqafqaziyada eyni tipdən olan obyektlərin ən böyüyü idi.
Xəbəri paylaş
6368 dəfə oxunub.
Digər xəbərlər

8-12-2016, 16:00
"Qarabağ"ın qapıçısının avtomobillə vurduğu ailə: "Şokdaydım..."
3-04-2016, 19:02
İslam Təşkilatı: "İrəvan o torpaqlardan dərhal çıxmalıdır"
3-05-2016, 14:49
Türkiyə PKK-nı Şimali İraqda vurdu: 18 ölü
18-07-2016, 02:08
Elektron hökumət portalında yeni xidmət
20-01-2022, 12:42
Qar yağacaq - PROQNOZ
10-08-2021, 21:05
MİKAYIL İSMAYILOVUN “E-MANAT”I MÜŞTƏRİLƏRİN CİBİNƏ GİRİR – ÖZƏL FAKT
4-07-2015, 17:01
Ağalarovlar Moskvada biznesini genişləndirir
19-10-2021, 14:49
Bakıda ŞOK FIRILDAQ - 33 min manatı alıb binaya daxil oldu, arxa qapıdan qaçdı - TƏFƏRRÜAT
11-04-2016, 22:32
Makedoniya polisi qaçqınlara hücum etdi – 300 yaralı
5-06-2017, 13:37
ABŞ-a viza üçün Facebook səhifələrinizi təqdim edin! - YENİ QAYDALAR