Azərbaycan İrandan quş əti gətirilməsinə qadağa qoydu: "quş qripi" təhlükəsi
Tarix: 24-11-2016 | Saat: 11:40
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən (BEB) noyabrın 22-də İran İslam Respublikasının Tehran bölgəsində iki damazlıq quşçuluq təsərrüfatında ev quşları arasında yüksək patogenli "quş qripi" (H5N8) xəstəliyinin yayılması barədə məlumat daxil olub.
Kənd Təsərrüfatı Nazirliyindən ( KTN) verilən məlumata görə, bununla əlaqədar Azərbaycan ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən yüksək patogenli "quş qripi" xəstəliyi qeydə alındığı üçün İran İslam Respublikasından diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti olaraq məhdudiyyət qoyulması məqsədi ilə əmr imzalanıb.
Belə ki, İran İslam Respublikasında ev quşları arasında yayılmış yüksək patogenli "quş qripi" (H5N8) xəstəliyi ilə bağlı Azərbaycanın bu xəstəlikdən qorunması üçün zəruri baytarlıq-sanitarıya tədbirlərinin görülməsi barədə Dövlət Baytarlıq Nəzarət Xidmətinin müvafiq bölmələrinə tapşırıq verilib.
Əmrdə dövlət baytarlıq nəzarətində olan digər yüklərin idxalı məsələsinə İran İslam Respublikasının Dövlət Baytarlıq Xidmətinin yükün çıxarıldığı ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında rəsmi arayışı olduğu təqdirdə baxılması qeyd olunub.
DBNX əhaliyə tövsiyə edir ki, quşları baytarlıq-sanitariya tələblərinə riayət etməklə qapalı şəraitdə saxlasınlar.
Xəbəri paylaş
7298 dəfə oxunub.
Digər xəbərlər

13-01-2017, 12:24
Fərda: "Belə oğlansansa, inbox-a nömrəni yaz, görüşək"
4-11-2019, 12:59
Bu nazirlikdə iki yeni qurum yaradıldı
30-09-2015, 22:58
Mir Şahindən ANS-in iki verlişinin bağlanmasına reaksiya
24-08-2022, 12:28
Emin Əmrullayev: ''Bəzən valideynlər sırf daha yaxşı görünsün deyə rus bölməsini seçirlər''
5-09-2022, 11:29
Nazirlik hava ilə bağlı XƏBƏRDARLIQ etdi: Bu tarixdən etibarən...
14-07-2022, 13:19
Özünü öldürən rəis müavinini son görən şəxs danışdı: “Səhərə kimi süfrə arxasındaydıq, deyirdi ki…”
2-07-2015, 10:38
Madonnanın klipinin kadrarxası görüntüləri yayımlanıb - VİDEO/FOTO
24-04-2016, 21:05
İranda ermənilərin aksiyasına icazə verilmədi
17-01-2017, 14:16
Yağış yağacaq