Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Fərda: "Belə oğlansansa, inbox-a nömrəni yaz, görüşək"
Tarix: 13-01-2017 | Saat: 12:24
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Fərda: "Belə oğlansansa, inbox-a nömrəni yaz, görüşək"

Tanınmış aktyor Fərda Amin bir neçə gündür sosial şəbəkələrdə və saytlarda müzakirə olunan məsələ - "Selfinaz" adlı stand-up şousu haqda geniş açıqlama verib.

Aktyor açıqlamasında bildirib ki, Azərbaycana stand-up janrını məhz özü gətirib və bu işdə ona dəstək olan tapmayıb.

"Cem Yılmazın belə xarici stəndapçılardan götürdüyü məqamlar var. Yenə deyirəm, haradansa nələrsə götürmək olar. Mən ilk dəfə stəndapı Azərbaycana gətirəndə, "Jazz Center"də konsert verəndə bilirdim ki, 16+ mövzusunda çıxış edəcəyəm. Stəndapın tərifi var - sərhədsiz gülüş janrıdır. Dostunla, qardaşınla necə danışırsansa, eyni zamanda xanımlar öz rəfiqələriylə necə danışırsa bu, stəndap adlanır. Biz söyüşsüz başladıq. 2004-cü ildən bu günə kimi mənim açıq-saçıq sözlərdən ibarət monoloqum və stəndapım olmayıb. Ancaq Heydər Əliyev Sarayının səhnəsində 2 saat yarımlıq konsert verdim, daha sonra isə Yaşıl Teatrda tamaşaçı qarşısına çıxdım. Döymədiyim az qapı qaldı. Mənə dəstək olan tapılmadı. İlkin etapda 20-25 min manat pul xərcləmək lazımdır. Keyfiyyətli bir iş ortaya çıxarmaq istəyirdim. Ancaq həmin konsertləri youtube-a yerləşdirməmişəm. Çünki işimi keyfiyyətli təqdim etmək istəyirəm. O konsertlərdə də çox əziyyət çəkmişəm, 6-7 ay dayanmadan çalışmışam. Ancaq Azərbaycanda dəstək olmadı. Daha sonra bir qolu Azərbaycanda, digər qolu isə Türkiyədə olan bir şirkətlə görüşdüm. Rəhbərləri Yılmaz Çiftçi və Təvəkkül Mehrəliyevdir. Təvəkküllə 7 ildir ki, dostluq edirəm. Onlar mənə dəstək olmaq istədilər. Həqiqətən də dəstək oldular, lazımi vəsaiti verdilər. Müqavilənin şərtlərinə uyğun olaraq mən dekorasiyadan tutmuş geyimlərə kimi heç nəyə qarışa bilməzdim. Özləri dekoru qurdular, geyimimə kimi aldılar. Bu kişilər pul qazanmaq istəyirdilər. Nəticədə Azərbaycana stəndap gəlib. Onsuz da bu stereotiplər ölkədə qırılmalı idi".

Fərda Amin "Selfinaz"ın bu qədər tənqid olunmağının tək səbəbini paxıllıqda görür:

"Cem Yılmaz kütləsi "cool" olub, İQ savaşına çıxıb. Yılmaz kütləsinin onun zarafatlarını qavrama potensialı var. Onların çoxu Cemin ağzı açılanda zarafatı dəqiqliyi ilə başa düşür. Bizdə isə fərqlidir. Müşahidə qabiliyyətim yüksəkdir, olmur. Mən onları danışsam, tamaşaçımı itirə bilərəm. Cem Yılmazı Cem Yılmaz edən onun kütləsidir. İndiyə kimi mən tənqid olunmamışam. Mən bu tənqidlərə açıq olmasam, bu gün səhnədə olmazdım. Mənə söyüş söyürlər, təhqir edirlər. Hər insan bir nəslin nümayəndəsidir. Mənim qohumlarımın hamısının internetə çıxışı var. Onlar tənqidləri oxuyurlar, mənə zəng vururlar. Baxmırsansa, baxma, hər kəs avro deyil ki, onu sevəsiz. Dünyada sevilməyən o qədər sənətçilər var. Bizdə təhqirlər daha çoxdur. Birbaşa söyüşlə olmaz. Sən kimsən ki, məni söyürsən? Üz-üzə gəlsək, sözlərini deməyə cəsarətləri çatmaz. Belə oğlansansa, inbox-a nömrəni yaz, görüşək".

Aktyor düşünür ki, bu söz-söhbətlər hazılanmış kampaniyadır:

"Mənə elə gəlir ki, bu, düşünülmüş və hazırlanmış kampaniyadır. Mənim heç kimlə problemim yoxdur. Hər kəslə münasibətim əladır. Amma kütləvi şəkildə məni təhqir edirlər. Bütün səhifələr paylaşır, müzakirə edirlər. Əksəriyyət məni tənqid atəşinə tutur. Mən tənqidə təhqirlə cavab vermək mədəniyyətinə sahib deyiləm. Mənə yazılan təhqirlərə cavabımı da instaqramda verirəm. Hamısı virtual aləmdədir. Mənə psixoloji çox təsir edir. Belə şeyləri keçmək olmur. İnşallah, mayda "Selfinaz 2"ni təqdim edəcəyəm".qafqazinfo


Xəbəri paylaş

5718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___