Azərbaycanda mal ətinin qiyməti niyə qalxıb?
Tarix: 21-11-2016 | Saat: 11:57
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Xəbər verdiyimiz kimi, artıq bir aydan çoxdur ki, mal ətinin qiymətində bahalaşma müşahidə olunur. Qiymət artımı özünü daha çox iribuynuzlu heyvanların satışında göstərir. Belə ki, paytaxtda mal ətinin qiyməti 10 manata qədər qalxıb.
Bu məqamda “Qafqazinfo”nun əməkdaşları “Keşlə” bazarında və bir neçə ət dükanında olaraq qiymətlərlə maraqlanıb. Əvvəllər qoyun əti və mal əti arasında qiymət fərqi olsa da, artıq bu hal müşahidə olunmur. Yaxınlaşdığımız qəssablar hər iki heyvan ətinin 9 manat 50 qəpik - 10 manat olduğunu dedilər. “Keşlə” bazarında yerləşən sallaqxananın nəzarətçisi Siyavuş Alışov da qiymət artımının 1 aydır ki, davam etdiyini bildirib:
“Hazırda mal ətinin qiyməti 9 manat 50 qəpikdir, ancaq 10 manata da var. Bu, ətin sümüklü olub olmamasından asılır. Məsələn, tam sümüksüz ət 11 manat 50 qəpikdir. Və yaxud döş ətini 9 manata almaq olar. Qiymət artımı əsas qıtlıqla əlaqədardır. Bazarlarda mal tapmaq hazırda çox çətinləşib. Mal var, ancaq satış, marketinq üçün yaramır. Əslində, hər il bu vaxt qəssabların dili ilə desək, sezon vaxt idi və mal əti ucuz olurdu. Ancaq indi tam əksinə olub. Yaydan bəri qiymətdə enmə müşahidə olunmur”.
Xəbəri paylaş
7598 dəfə oxunub.
Digər xəbərlər

15-03-2018, 16:13
Qubada BİABIRÇILIQ-32 yaşlı kişi 16 yaşlı oğlanı zorladı
27-04-2015, 13:24
Qarabağda Şahbaz Quliyevi əməliyyat etdilər
16-03-2015, 21:52
ÜRƏYİ ZƏİF OLANLAR BAXMASN VİDEO
11-01-2017, 16:09
Sevda 30 saniyəyə - 15 min qazanacaq
7-08-2015, 10:49
"Qəbələ"yə qələbə qazandıran o qol - VİDEO
12-06-2019, 10:57
Nazirliyin mətbuat xidmətinin işçisi 13 illik vəzifəsindən ayrıldı
21-05-2020, 12:00
Bizim dərdimizi kim çəkəcək? Ürəyimiz partlayır - Surxay Atakişiyev
15-12-2016, 18:03
Türkiyədəki partlayışla bağlı şok detal
10-05-2022, 22:35
MUJGAN AYXAN: MƏNİM SEVGİLİM ANCAQ RƏİS OLA BİLƏR