Doğuşda ölən ananın övladının görüntüləri yayıldı - VİDEO
Tarix: 17-11-2016 | Saat: 17:51
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Şamaxı rayonunda ana ölümü qeydə alınıb.
ARB Şəki xəbər verir ki, hadisə Şamaxı Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində yaşanıb.
"Xəbəraz.az " xəbər verir ki, artıq ana ölümünün ilkin səbəbləri də açıqlanıb.
Belə ki, Ərçiman kənd sakini, 20 yaşlı Nuriyeva Qaratel Bəxtiyar qızı təbii doğuşla qız övladı dünyaya gətirib.
Doğuşu qəbul edən həkimin sözlərinə görə, normal keçən doğuşdan bir sutka sonra qadının vəziyyəti qəflətən pisləşib. Bu zaman aparılan müayinələr zamanı anada qaraciyər sirrozu, HELLP sindromu, kəskin qaraciyər və böyrək çatışmazlığı aşkarlanıb. Həkimin sözlərinə görə, bütün tədbirlərini görülməsinə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb. Bu, qadının ilk hamiləliyi olub.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır. Artıq hadisə ilə bağlı Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasına məlumat daxil olub. Sabah komissiyasının mütəxəssisləri Şamaxıya gedəcək və ölümün səbəbləri yerində araşdırılacaq. Ana ölümünün dəqiq səbəbləri Doğuşayardım Komissiyasının araşdırmalarından sonra məlum olacaq və bu barədə ictimaiyyətə açıqlanacaq.
Xəbəri paylaş
8568 dəfə oxunub.
Digər xəbərlər

15-07-2016, 15:10
Azərbaycanda işıq pulu artırıldı
30-03-2020, 15:38
"Krediti olanlara 3 ay möhlət verilsin!" - Deputatdan TƏKLİF
4-07-2015, 18:09
UEFA qadağaları aradan götürdü
1-08-2022, 12:44
Bakıda bir ailənin dörd üzvünü maşın vurdu
30-11-2016, 17:41
İlham Əliyev və xanımı selfi çəkdirdi (FOTO)
11-01-2018, 16:14
Ağaoğlundan 23 yaşlı sevgilisinə 2 milyonluq hədiyyə - FOTO
23-08-2016, 09:40
Türkiyə İŞİD-i raket atəşinə tutdu — SON DƏQİQƏ