Xanlarova ailəsində toy oldu - İzzət Bağırzadə acıq etdi - FOTOLAR - VİDEO
Tarix: 03-06-2016 | Saat: 13:33
Bölmə:Karusel / Şou-Biznes / Foto-fakt | çapa göndər
Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Mehriban Xanlarova ötən gün paytaxt məkanlarının birində nəvəsi Fəxriyə kiçik toy edib. Aktrisa nəvəsinin xoş gününə həmkarları ilə yanaşı, şou-biznesin tanınmış simaları dəvətli olub. Gecəni ilk olaraq giriş sözü ilə M.Xanlarova açıb: “Bura gələn dostlarıma təşəkkür edirəm. Mən çox danışmağı sevmirəm. Ona görə də bütün dostlarımı rəqsə dəvət edirəm”.
Aktrisanın dəvətindən sonra müğənnilər mahnıları bir-birinin ardına düzüb və qonaqlar rəqs etməyə başlayıb. Toy müzakirəsiz də ötüşməyib. Əməkdar artist Mətanət İsgəndərlinin müğənni İzzət Bağırzadədən öncə mahnı ifa etməsi ikincinin ürəyincə olmayıb. Belə ki, İ.Bağırzadə M.İsgəndərlidən öncə ifa etməli imiş. Amma M.Xanlarova ilk öncə səhnəyə M.İsgəndərlini dəvət edib. Bu addım isə İ.Bağırzadənin xoşuna gəlməyib və acıq edərək məkanı tərk edib.
Yaşanan bu hadisəylə bağlı Lent.az-ın əməkdaşı M.Xanlarovadan münasibət öyrənib: “İzzətin niyə belə etdiyini anlamadım. Acıq edib, gedib. Amma canı sağ olsun. O da məni öz balasının toyuna çağırar, mən də gedərəm. Onun Mətanət xanımdan öncə ifa etmək istəyini mən bilmirdim”.
Qeyd edək ki, M.Xanlarovanın qızı Aysel 2009-cı ildə Cəlilabad rayonuna gəlin köçüb və həmin evlilikdən Fəxri, Mehriban və Sevda adlı övladları var.
Fotoqraf Pərviz SALIYEVin lentə aldığı fotoları təqdim edirik.
Xəbəri paylaş
2 1778 dəfə oxunub.
Digər xəbərlər

10-02-2021, 18:43
Əhəd Abıyevin 10 AA 457 nömrəli 350 minlik avtomobili tapıldı-Dövlət Gömrük komitəsinin qarşısında
28-11-2022, 14:01
FHN kəskin hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
21-10-2016, 01:43
BMT-dən Əsədə çağırış
8-03-2017, 11:17
13 torbada 6 nəfərin doğranmış meyiti tapıldı
21-01-2017, 11:41
Yeni Günəşli qəsəbəsində 30 yaşlı qadın özünü asdı
13-11-2017, 14:03
Nar şirəsini belə için. QAYDALAR
20-09-2016, 14:20
Aparıcı Zaurun yaralı FOTOSU yayıldı
10-05-2016, 10:34
Çevik reaksiya idarəsinin açılışı oldu
28-12-2016, 08:50
Oğuzda yaralanan şəxslərdən biri ölüb - YENİLƏNİB
14-12-2015, 17:50
Putin haqqında bilmədiklərimiz- Britaniyalı jurnalistin araşdırması