Tütün istehsalçılarına pul veriləcək
Tarix: 05-10-2016 | Saat: 19:56
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Prezident İlham Əliyev Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında sərəncam imzalayıb.
"Xəbəraz.az " AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə tütünçülüyün inkişafına dövlət dəstəyini gücləndirmək, bu sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini yüksəltmək və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. emal müəssisələrinə satılmış quru tütünün hər 1 (bir) kiloqramına, yaş tütünün isə hər 10 (on) kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya verilir;
1.2. bu Sərəncamın 1.1-ci bəndi ilə nəzərdə tutulan subsidiya 2016-cı ildə istehsal olunub emal müəssisələrinə satılmış quru və yaş tütünə də şamil edilir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. emal müəssisələrinə satılmış quru və yaş tütünə görə tütün istehsalçılarına subsidiya verilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərinə uyğun olaraq maliyyələşməni təmin etsin".
Xəbəri paylaş
6508 dəfə oxunub.
Digər xəbərlər

2-12-2016, 19:20
Yataq otağınıza bu 5 bitkini qoyun - SİYAHI
1-05-2016, 10:31
Putin güc strukturlarını silkələdi – Fərman
17-03-2021, 18:35
Ayda bir evin qiyməti 81 milyon manat olacaq
3-04-2018, 11:47
AZAL Lənkərandan Moskvaya birbaşa reys açır
26-06-2016, 15:56
Kolumbiya ABŞ-a şans vermədi - Video
10-01-2016, 22:41
Piyadanı maşın vuraraq öldürüb-Hacıqabulda
1-04-2019, 12:01
Səngəçalda bağ evində olub - Videonun şok təfərrüatı...
24-06-2016, 13:04
İrəvan Moskvaya qarşı: Ermənilər Kəlbəcərdə də…
25-07-2016, 15:45
Ermənilər Laçında Su Elektrik Stansiyası tikir