Sifarişli Səyyar “ASAN xidmət”dən yenilik - “ASAN imza”
Tarix: 28-09-2016 | Saat: 19:19
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər
Artıq sifarişli əsaslarla həyata keçirilən Səyyar “ASAN xidmət”ə “Asan İmza” sertifikatının verilməsi xidməti də əlavə olunacaq.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, sözügedən xidmətdən istifadə edərək vətəndaşlar evlərində və ya iş yerlərində səyyar qaydada “Asan İmza” xidmətinə qoşula biləcəklər. “Asan İmza” Vergilər Nazirliyi tərəfindən həyata keçirilir.
Səyyar xidmətlər dedikdə qanunla nəzərdə tutulmuş qaydada əlavə ödəniş aparılmaqla şəxsin iş və ya yaşayış yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq şəxsə verilməli olan sənədlər onun yaşayış və ya iş yerində, habelə olduğu yerdə təhvil götürülə və təhvil verilə bilər.
Qeyd edək ki, sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan 1-ci qrup əlillər (tibbi-sosial ekspertiza komissiyasının arayışında göstərilməklə) və sağlamlıq imkanları məhdud uşaqlar (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 Aprel 2009-cü il tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına” əsasən) üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir.
Xəbəri paylaş
7868 dəfə oxunub.
Digər xəbərlər

12-01-2017, 14:54
Uşağınızın yaddaşını belə yoxlayın - TEST
12-04-2016, 13:20
Ermənilərin dağıtdığı məscidlər bərpa olunacaq
27-04-2016, 12:10
Rusiya Suriyadan imtina etdi
20-08-2015, 21:39
Jennifer Lopez yenə göz qamaşdırdı - FOTO
6-10-2020, 11:36
VPN istifadə edənlərə XƏBƏRDARLIQ!
2-08-2015, 19:19
Bakıda, "Sərin" kafesində kütləvi dava baş verib.
14-05-2017, 14:04
Mədinə Məlik hansı məşhur jurnalı seçdi? - Fosessiya
9-02-2018, 19:07
Pensiyaları artdı-SƏRƏNCAM
18-01-2017, 18:48
Soyuq çay süzdüyü üçün arvadını stəkanla öldürənə - 19 il cəza
12-04-2017, 15:21
Sabah ölkə ərazisində yağış yağacaq