Ana Sayfa > Karusel / İqtisadiyyat / Gündəm > Sifarişli Səyyar “ASAN xidmət”dən yenilik - “ASAN imza”

Sifarişli Səyyar “ASAN xidmət”dən yenilik - “ASAN imza”


28-09-2016, 19:19. Yazar: Xeberaz
Sifarişli Səyyar “ASAN xidmət”dən yenilik - “ASAN imza”


Artıq sifarişli əsaslarla həyata keçirilən Səyyar “ASAN xidmət”ə “Asan İmza” sertifikatının verilməsi xidməti də əlavə olunacaq.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, sözügedən xidmətdən istifadə edərək vətəndaşlar evlərində və ya iş yerlərində səyyar qaydada “Asan İmza” xidmətinə qoşula biləcəklər. “Asan İmza” Vergilər Nazirliyi tərəfindən həyata keçirilir.

Səyyar xidmətlər dedikdə qanunla nəzərdə tutulmuş qaydada əlavə ödəniş aparılmaqla şəxsin iş və ya yaşayış yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq şəxsə verilməli olan sənədlər onun yaşayış və ya iş yerində, habelə olduğu yerdə təhvil götürülə və təhvil verilə bilər.

Qeyd edək ki, sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan 1-ci qrup əlillər (tibbi-sosial ekspertiza komissiyasının arayışında göstərilməklə) və sağlamlıq imkanları məhdud uşaqlar (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 Aprel 2009-cü il tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına” əsasən) üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir.


Geri dön