Bakıda DYP reyd keçirdi - Sürücülər avtobusları qoyub qaçdı
Tarix: 06-09-2016 | Saat: 19:49
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları reyd keçiriblər.
"Xəbəraz.az " qaynarinfo-ya istinadən xəbər verir ki, reyd zamanı Neftçilər-Pirşağı xətti üzrə hərəkət edən 185 saylı marşrut avtobuslarından səkkizinin qanunsuz xəttə çıxdığı aşkarlanıb və saxlanılaraq cərimə meydançalarına aparılıb. Reysə qanunsuz buraxılan avtobuslardan 7-si Nizami rayonu ərazisində yerləşən cərimə meydançasına, biri isə Ramana ərazisində yerləşən cərimə meydançasına aparılıb. Sürücülərdən 3-ü reyddən xəbər tutduqda isə avtobuslarını Pirşağıdakı dayanacaqda qoyub qaçıblar. Keçirilən reyd zamanı o da məlum olub ki, avtobuslar marşrut üzrə hərəkət istiqamətini də pozub. Belə ki, Neftçilər-Pirşağı üzrə hərəkət etməli olan avtobuslar Neftçilər-Pirşağı-Kürdəxanı xətti üzrə hərəkət edirmişlər. DYP-nin 3 ekipajla keçirdiyi reyddə həmçinin məlum olub ki, marşrut xəttindəki avtobusları idarə edən sürücülərin bir çoxunun müvafiq kateqoriyaları yoxdur.
Qeyd edək ki, 185 saylı marşrut xətti Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən İsmayılov Qurbanəli adlı sahibkara verilib.
Məsələ ilə bağlı BNA-nın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova ilə əlaqə saxladıq. O, DYP-nin reyd keçirdiyini və 185 saylı marşrut xəttində müəyyən qanunsuzluqlar aşkarlandığını təsdiqlədi.
Xəbəri paylaş
7408 dəfə oxunub.
Digər xəbərlər

22-05-2019, 12:44
Elnurun geyimi tənqid olundu
29-08-2019, 14:41
"Axı mənim atla nə işim ola bilər?" — Daşkəsənin icra başçısı öldürülən atlardan DANIŞDI
27-07-2016, 22:44
Azərbaycanda 12 il komada yatan kişi vəfat etdi - FOTO
11-05-2017, 20:00
Hacı Nuran efirə qayıdır
8-03-2017, 12:09
6,7 kq-lıq körpə doğuldu
22-07-2015, 16:08
Suriyada “Əl-Qahidə” liderlərindən biri məhv edildi
13-03-2019, 11:36
Bu gündən I sinfə şagird qəbulu başlanır
10-10-2017, 10:57
Xərçəngdən qoruyan, qəbizliyi müalicə edən, hamiləlik zamanı əvəzsiz olan UCUZ MƏHSUL
8-05-2017, 10:51
Sevdanın əri ilə Şamaxı gəzintisi – Fotolar