Abşeronda bir gecədə 3 mağaza qarət edilib
Tarix: 10-08-2016 | Saat: 10:22
Bölmə:Karusel / Hadisə | çapa göndər
Abşeronda bir gecədə 3 mağaza qarət edilib. APA TV-nin məlumatına görə, hadisə Abşeron rayonu, Gənclər şəhərciyində qeydə alınıb. Hər üç mağaza yeniyetmələr tərəfindən qarət edilib.
Mağazaların yeniyetmələr tərəfindən qarət olunmasını təhlükəsizlik kamerası qeydə alıb. Zərərçəkən ərzaq mağazasının sahibinin sözlərinə görə, oğrular bahalı siqaret və kassadan 600 manat nağd pul aparıblar. Sözü gedən ərazidə yerləşən tərəvəz mağazasının sahibi Kamil Şirinov da o gecənin zərərçəkənlərdəndir. Onun sözlərinə görə, oğrular mağazanın dəmir barmaqlarında olan qıfılı qıraraq içəri daxil olublar: "Hadisə gecə saat 4-də baş verib. Qonşunun obyektinin kamerası çəkib. Cavan uşaqlardır 15-16 yaşında. Biri lap balacadır, təxminən 12-13 yaşı olar"
Oğrular bununla da kifayətlənməyərək yaxınlıqdakı uşaq aləmi mağazasını da qarət ediblər.
Sözü gedən oğurluq hadisələri ilə bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb.
Hadisəni törədən şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində zəruri əməliyyat tədbirləri davam etdirilir.
Xəbəri paylaş
6258 dəfə oxunub.
Digər xəbərlər

12-01-2018, 20:01
104 yaşlı Mədinə Əliyeva Çeçenistana göndərildi
13-11-2021, 16:53
Bakıda oğurluq edən şəxslər saxlanılıb.
17-09-2015, 17:34
O, satıcının başına bir neçə dəfə vurub
24-10-2017, 14:04
Rusiyada 6 nəfəri xilas edən azərbaycanlı polis: Uşaqların çığırtısı hələ də qulağımdadır
15-06-2016, 15:06
Ərdoğan Əsəd və Putinlə yaxınlaşır - Röyter
6-09-2018, 11:00
Cins şalvarı dondursanız... NƏTİCƏ İNANILMAZDIR
27-12-2021, 11:06
Qadın sürücü İcra Hakimiyyətinin komendantını vurdu
15-08-2015, 13:12
Şamaxıda 34 yaşlı kişi göldə boğuldu
29-04-2022, 10:36
30 apreldən bu telefonlarda “WhatsApp” işləməyəcək - SİYAHI
7-11-2015, 12:53
Sumqayıtda ər qısqanclıq zəminində arvadını qətlə yetirib - FOTO