Ana Sayfa > Karusel / Hadisə > Abşeronda bir gecədə 3 mağaza qarət edilib

Abşeronda bir gecədə 3 mağaza qarət edilib


10-08-2016, 10:22. Yazar: Xeberaz
Abşeronda bir gecədə 3 mağaza qarət edilib
Abşeronda bir gecədə 3 mağaza qarət edilib. APA TV-nin məlumatına görə, hadisə Abşeron rayonu, Gənclər şəhərciyində qeydə alınıb. Hər üç mağaza yeniyetmələr tərəfindən qarət edilib.

Mağazaların yeniyetmələr tərəfindən qarət olunmasını təhlükəsizlik kamerası qeydə alıb. Zərərçəkən ərzaq mağazasının sahibinin sözlərinə görə, oğrular bahalı siqaret və kassadan 600 manat nağd pul aparıblar. Sözü gedən ərazidə yerləşən tərəvəz mağazasının sahibi Kamil Şirinov da o gecənin zərərçəkənlərdəndir. Onun sözlərinə görə, oğrular mağazanın dəmir barmaqlarında olan qıfılı qıraraq içəri daxil olublar: "Hadisə gecə saat 4-də baş verib. Qonşunun obyektinin kamerası çəkib. Cavan uşaqlardır 15-16 yaşında. Biri lap balacadır, təxminən 12-13 yaşı olar"

Oğrular bununla da kifayətlənməyərək yaxınlıqdakı uşaq aləmi mağazasını da qarət ediblər.

Sözü gedən oğurluq hadisələri ilə bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Hadisəni törədən şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində zəruri əməliyyat tədbirləri davam etdirilir.

Abşeronda bir gecədə 3 mağaza qarət edilib

Abşeronda bir gecədə 3 mağaza qarət edilib


Geri dön