Ərdoğan anons verdi: “Önəmli qərarlar açıqlanacaq”
Tarix: 19-07-2016 | Saat: 09:09
Bölmə:Karusel / Siyasət / Gündəm | çapa göndər
"Çərşənbə günü Milli Təhlükəsizlik Şurası və Nazirlər Kabineti toplanacaq, önəmli qərarlar açıqlanacaq”.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İstanbulda vətəndaşlar qarşısında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib.
Ərdoğan bildirib ki, yaxın günlərdə ölkənin Ədliyyə nazirliyi müvafiq sənədləri hazırlayaraq Fətullah Gülənin ekstradisiyası ilə bağlı ABŞ-a rəsmi müraciət edəcək.
Ölüm cəzasının bərpası ilə bağlı Ərdoğan bildirib ki, xalq tərəfindən belə bir tələb irəli sürülübsə o zaman məsələyə parlamentdə baxılmalıdır: “Parlament edam qərarını qəbul etsə, mən onu təsdiq edəcəm. ABŞ-da ölüm cəzası yoxdurmu? Çində yoxdurmu? Ölüm cəzası yalnız Avropa İttifaqına üzv ölkələrdə yoxdur. Biz buna bir imza atdıq, doğrudur. Lakin bu imza necə atılıbsa, elə də geri götürülə bilər. Yetər ki parlamentimiz qərar versin”, deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyədə bu ilin 15 iyulunda hərbi çevrilişə cəhd olub. Cəhdin qarşısını almaq üçün meydanlarda toplaşanlar qiyamçıların cəzalandırılması üçün ölüm cəzasının bərpasını tələb edən şüarlar səsləndiriblər.
Xəbəri paylaş
5778 dəfə oxunub.
Digər xəbərlər

4-11-2015, 15:04
Oğru “Cici”yə 6 il iş kəsildi
24-01-2016, 20:08
“Sərxoş polis YPX maşınını vurdu - Bəs kim ört-basdır etdi?
26-03-2015, 16:25
Yadplanetlilər dünyanı işğal edəcək
23-08-2015, 00:06
“Müsəlman qardaşları”nın lideri ömürlük həbs cəzası aldı
23-07-2017, 09:46
Azərbaycanda yeni futbol klubu yaradıldı - Fotolar
11-02-2023, 11:05
Türkiyədə dağılan binalara görə 4 nəfər həbs olundu
30-07-2018, 20:48
Prezident bu məşhurun qızına vəzifə verdi - Tərcümeyi-hal
10-06-2016, 20:41
Mərkəzi Bank iş qrafikini dəyişdi - Səbəb
26-09-2016, 11:50
Cəbhə kəndinin sakinləri səsvermədə fəal iştirak edirlər - FOTO