DB Azərbaycana 67 milyon ayırdı
Tarix: 18-06-2016 | Saat: 11:50
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Dünya Bankının (DB) Direktorlar Şurası Azərbaycanda icra olunan "Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanları Layihəsi"nə 66,7 mln. ABŞ dolları dəyərində əlavə maliyyələşdirməni təsdiqləyib.
Bankın Azərbaycan nümayəndəliyindən Report-a vesrilən məlumatda deyilir ki, layihənin məqsədi məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və onların iqtisadi cəhətdən özlərini təmin etmə imkanlarının artırılmasından ibarətdir:
“Azərbaycan əhalisinin təxminən 7%-i məcburi köçkün hesab edilir və onlar cəmiyyətin ən həssas hissələrindən birini təşkil edir. Bir sıra məcburi köçkünün hələ də keyfiyyətli infrastruktur, sosial xidmətlər və iş imkanlarına əlyetərliyi kafi səviyyədə deyil. Bu əlavə maliyyələşdirmə məcburi köçkünlərin, eləcə də məcburi köçkün olmayan əhalinin yerli, baza infrastrukturu, yaşayış şəraiti, gəlirləri, bacarıqları və iş imkanlarının təkmilləşdirilməsinə Dünya Bankının dəstəyinin davam etdirilməsi məqsədi daşıyır”.
“Məcburi köçkünlərin ehtiyaclarının qarşılanması Azərbaycan vətəndaşlarının bərabər rifahınin təmin edilməsi istiqamətində əsas prioritet təşkil edir və biz onlar üçün yaxşı yaşayış şəraiti yaratmaq istiqamətində hökumətin bu vaxta qədər həyata keçirdiyi səyləri təqdir edirik. Bu layihə daha yaxşı ictimai xidmətlər və xüsusilə, gənclər üçün gəlir gətirən imkanları təmin etməklə hazırda həyata keçirilən səyləri tamamlayacaq”, - deyə DB-nin Azərbaycan üzrə meneceri Larisa Leşçenko deyib.
Layihə su və elektrik enerjisi təchizatı, yollar, drenaj sistemləri, məktəblər və səhiyyə ocaqları kimi icma infrastrukturun bərpasını dəstəkləyəcək. Bununla yanaşı, layihə gənc məcburi köçkünlər üçün təlim və biznesin inkişafı imkanları, gəlirin formalaşdırılması və mikro-kredit komponentlərini ehtiva edəcək.
Qeyd edək ki, Azərbaycan 1992-ci ildə DB-yə qoşulub. Bu vaxtdan etibarən Azərbaycanın ümumilikdə 55 layihə üzrə öhdəlikləri 3 mlrd. dollardan artıqdır. Bankın Azərbaycandakı cari layihə portfeli 11 aktiv layihədən ibarətdir.
Xəbəri paylaş
6518 dəfə oxunub.
Digər xəbərlər

6-07-2016, 17:37
"İranlı Halk" İŞİD-in üstünə gedir
4-01-2017, 13:16
Sabahın hava proqnozu açıqlandı
10-07-2018, 21:59
Gəncədə qanunsuz aksiya dağıdıldı: 30 nəfər saxlanıldı
27-02-2019, 11:51
Diplomatik korpusların rəhbərləri cəbhə bölgəsində
23-06-2016, 19:30
Hərbçilər meşədə terrorçuların pusqusuna düşdülər
27-03-2017, 22:22
Baş həkim öldürülərkən arvadı seriala baxırmış... - Qətlin təfərrüatı
11-07-2015, 23:48
Daha bir İŞİD lideri məhv edildi
4-02-2018, 12:15
İran XİN: ABŞ-ın nüvə doktrinası bəşəriyyəti məhvə yaxınlaşdırır