Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sabahın hava proqnozu açıqlandı
Tarix: 04-01-2017 | Saat: 13:16
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Sabahın hava proqnozu açıqlandı
Ölkə ərazisində yanvarın 5-nə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq, bəzi yerlərdə zəif duman gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 1-4° isti, gündüz 8-13° isti, Bakıda gecə 1-3° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % təşkil edəcək.

Rayonlarda hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olması gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti olacaq.


Xəbəri paylaş

7348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___