Malya: “Bakıya yaxşı əhval-ruhiyyə ilə gələcəyik”
Tarix: 13-06-2016 | Saat: 20:53
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
“Force India” iki maşınla ard-arda iki yürüşdə xallar qazana bildi və komanda bu həftə uğurlu seriyanı Bakıda da davam etdirmək niyyətindədir.
Komandanın rəhbəri Vicay Malya bildirib: “Kanada yürüşü mövsümün əvvəlindən bəri “Force India”nın tədricən tərəqqisinin daha bir göstəricisi oldu. Bütün həftəsonu biz yaxşı temp göstərdik, yürüşdə isə istədiyiniz nəticəni əldə etdik. Bu, rəqiblər üzərində üstünlüyü artırmağa və Konstruktorlar Kubokunun beşinci pilləsində möhkəmlənməyə imkan verdi. Qarşıda Bakı yürüşünə, dünya çempionatının təqvimində yeni mərhələyə hazırlıq durur.
“Formula-1 yeni ölkəyə qədəm qoyur. Azərbaycandakı debüt yürüşünün maraqlı olacağına ümid edirəm.
Konfiqurasiya mənə Sinqapur trasını xatırladır, lakin bəzi döngələr ötüb keçməkdən ötrü kifayət qədər genişdir. Maşınımızın nə dərəcədə rəqabət qabiliyyətli olacağını bilmirəm. Amma Azərbaycana yaxşı əhval-ruhiyyə və daha bir uğurlu nəticə ümidi ilə gələcəyik”.
Serxio Peres də Bakı trasında keçəcək yarışları səbirsizliklə gözləyir: “Bakı yarışına hazırlıq zamanı mən göyərtə kamerasının yazısını izlədim. İlk təəssürata görə orada mürəkkəb sahələr çoxdur və bu şəhər trası üçün təəccüblü deyil. Lakin Bakı trası Monakodan daha sürətlidir. Belə traslar xoşuma gəlir, məncə, yarış baxımlı olacaq”.
Niko Hülkenberq üçün Bakı yarışı həm də Azərbaycanla ilk tanışlıq olacaq. Pilot deyib. “Bakıdakı yürüşü səbirsizliklə gözləyirəm. Etiraf etməliyəm ki, Azərbaycan haqqında demək olar ki, heç nə bilmirəm. Odur ki, bu yarışla həm də məlumatlanacam”.
Xəbəri paylaş
7728 dəfə oxunub.
Digər xəbərlər

2-01-2016, 14:11
Pulunuz cibinizdə qalsın: dərinizi evdə gəncləşdirin – YOLLARI
19-06-2017, 13:23
"Biz ondan heç vaxt vaz keçməyəcəyik" - Əli Həsənov
2-04-2015, 18:58
Limon yağının faydaları
8-09-2017, 10:17
Azərbaycanda vəzifəli şəxs faciəvi şəkildə öldü
28-07-2022, 16:31
⁸Demokrat az. Sayt rəhbəri özü qanun pozdu...
18-05-2018, 21:48
Natiq Əliyevin oğlundan villanın sökülməsi xəbərinə - REAKSİYA
3-04-2016, 19:14
Tərtərdə son durum
26-07-2021, 12:22
Tanrı əhalinin səbrini sanki Sahil Babayevlə sınağa çəkir - VİDEO//VİDEO
16-12-2015, 18:59
Prezident İlham Əliyev Kəlbəcər girovları ilə bağlı tapşırıq verib