Neftçalada çətənə əməliyyatı: 127 ədəd
Tarix: 06-06-2016 | Saat: 22:06
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Neftçalada külli miqdarda narkotik xassəli çətənə bitkisi aşkarlanıb.
Report xəbər verir ki, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Astanlı kənd sakini, 50 yaşlı İlham Rahil oğlu Rəsulovun fərdi yaşayış evinin həyətyanı sahəsinə hal şahidlərinin və aqronom mütəxəssislərin iştirakı ilə baxış keçirilməsi ilə bağlı təxirəsalınmaz qərar qəbul olunub. Nəticədə narkotik xassəli çətənə bitkiləri aşkar olunub.
Məlum olub ki, İ.Rəsulov çətənə kollarını aqrotexniki qaydada becərirmiş. Həmin ərazidə çətənə bitkilərinə qulluq etməkdən ötrü azot gübrəsi və peyin də aşkar edilərək götürülüb. Yaşıl kütləsi 10 kiloqram olan 127 ədəd narkotik xassəli çətənə kolları kökündən çıxarılaraq qablaşdırılıb və maddi sübut kimi polis şöbəsinə aparılıb.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Xəbəri paylaş
7408 dəfə oxunub.
Digər xəbərlər

26-11-2022, 11:01
Şəhərdə “Kalaşnikov”la gəzən şəxs tutuldu - VİDEO - FOTO
19-03-2023, 10:08
Bu şəxslərə BÖYÜK MÜJDƏ: Bayrama görə 200 MANAT PUL ALACAQLAR
4-09-2017, 10:54
İnsan maksimum nə qədər yaşaya bilər? ALİMLƏRİN RƏYİ
27-08-2020, 16:30
Hökməli bələdiyyəsi cəzalandırıldı
25-12-2018, 10:53
Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır
16-09-2019, 11:09
Ən varlı azərbaycanlı "lotu"ların SİYAHISI - "Lotu Quli" liderdir
27-09-2017, 10:37
“Salam Azərbaycan” verilişinin aparıcısı bu dəfə Yuriq Qaqarin haqqında veriliş çəkdi-VİDEO