Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Salam Azərbaycan” verilişinin aparıcısı bu dəfə Yuriq Qaqarin haqqında veriliş çəkdi-VİDEO
Tarix: 27-09-2017 | Saat: 10:37
Bölmə:Karusel / Özünü Tanıd / Gündəm / M2 / Xəbəraz TV / Reportaj | çapa göndər


Dünya tv kanalında hər həftənin şənbə günü saat 18:30-da yayımlanan “Salam Azərbaycan” verilişinin aparıcısı və Rusiya, Belarusiya üzrə rəhbər nümayəndəsi Səadət Arifqızı dünyada ilk kosmonavt Yuri Qaqarinin doğulduğu, boya-başa çatdığı Rusiyanın Qaqarin şəhərində çəkilis edib.Onu da qeyd edək ki, Azərbaycan teleməkanında ilk veriliş məhz “ Salam Azərbaycan” verilişidir ki, o şəhərdə çəkiliş edib və ilk tv kanalı da Dünya tv kanalıdır ki, Yuriq Qaqarin haqqında veriliş də məhz bu televiziyada yayımlanıb.Nəhayət aparıcı olaraq da Səadət xanim Azərbaycan teleməkanında ilk aparıcıdır ki, Yuri.A.Qaqarinin böyüyüb boya-başa çatdığı şəhərdə çəkiliş edib və Y.A.Qaqarinin yaşadığı evdə, həyətdə çəkiliş edib. Səadət xanım onu da qeyd edib ki, “biz “Salam Azərbaycan” komandası olaraq həmyerlilərimizin köməyilə Qaqarin şəhərinə yollandıq. Ən əsası mənimçün də çox qürürverici idi ki, dünyaca məşhur, tarixdə ilkə imza atan dünyanın ilk kosmanavtı haqqında veriliş çəkirəm.Onun yaşadığı evdə olduq və orda həyətdə Y.A.Qaqarinin anası Anna xanımın da heykəli abidə şəklində yaradılıb.Qaqarin şəhərinə kimin yolü düşsə orda Y.A.Qaqarinin ev muzeyinə də baş çəksinlər. Muzeydə Qaqarinin geyimləri, əşyaları, hətta maşını da yer alıb. Bir maraqlı məqamı da qeyd edim ki, həmin muzeydən Qaqarinin maşınını mənfur düşmənlərimiz oğurlayıblar , ama daha sonra müəyyən aidiyyatı qurumların köməyi nəticəsində geri qaytarıblar. Bir sözlə, Rusiyanın Qaqarin şəhərində çox maraqlı, yaddaqalan çəkilişimiz oldu. Həmyerlilərimiz Rövşən müəllim, İsa müəllim, Mehdi dayı, Turan müəllim, Roman müəllim, bir sözlə bizə çəkilişə bütün həmyerlilərimiz orda çox yaxşı şərait yaratdılar. Hamısına təşəkkürümü bildirirəm. Hətta verilişimiz efirdə yayımlandıqdan sonra saytlardan, informasiya portallarından çoxlu zənglər gəldi.Amma bizim komandanın ilk seçdiyi və müsahibə verdiyi sayt siz –Xəbəraz.az” oldu. Bütün əməkdaşlarınıza xüsusən də rəhbəriniz Tural bəyə təşəkkürümü bildirirəm”. Y.A.Qaqarin haqqında aparılan çəkilişləri və fotoları izləyicilərimizə təqdim edirik. Y.A.Qaqarin haqqında bir sıra məlumatları da təqdim edirik. “ 1961-ci ildə ABŞ-la kosmik yarışda önə çıxmaq istəyən Serqey Korolyev namizədlər arasından 6 nəfəri seçir. Kimin kosmosa uçması son dəqiqəyə qədər gizli saxlanılır. Son anda Qaqarin və onun əvəzləyicisi Titov seçilir. Uçuş 12 aprel 1961-ci ildə Baykonur start məntəqəsində baş verir. "Vostok" gəmisində uğurla kosmosa çıxan Qaqarin göydə 108 dəqiqə dövr etdikdən sonra sağ-salamat yerə qayıdır. 14 aprel 1961-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Qaqarin 27 mart 1968-ci ildə sınaq uçuşu zamanı təyyarədə qəzaya uğrayaraq həlak olmuşdur. O, Moskvada Kreml divarında dəfn olunub”. Onu da qeyd edək ki, Aparıcı Səadət Arifqızı “Salam Azərbaycan”verilişinin. Rusiya Federasiyasının şəhərlərində çəkilişlərindədir . Bu layihənin rəhbəri Mehman Rüstəmovdur və verilişin rejissor-operatoru isə Səadət xanımın qardaşı Məhəmməd Arifoğludur.















Xəbəri paylaş

1 5988 dəfə oxunub.

Digər xəbərlər
22-08-2015, 18:07 Tovuzda şəlalə tapıldı

bütün xəbərlər
____ Instagram ___