Azərbaycanın Rusiyadakı səfirliyindən Nalbəndyana cavab
Tarix: 27-05-2016 | Saat: 15:33
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Azərbaycanın Rusiyadakı səfirliyi Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın ölkə parlamentində deputatların suallarını cavablandırarkən səfir Polad Bülbüloğlu haqqında dediklərinə münasibət bildirib.
Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda Nalbəndyana xatırladılır ki, səfirlərin fəaliyyətinə təmsil etdikləri ölkənin rəhbəri və qəbul edən tərəf qiymət verir:
”Mayın 26-da bəzi Ermənistan KİV-lərində kiçik qeyd yayılıb. Qeyddə bildirilirdi ki, Nalbəndyan deputatların suallarını cavablandırarkən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun fəaliyyəti barədə fikirlərini bildirməklə yanaşı, bəzi qiymətləndirici mülahizələr səsləndirib. Nalbəndyan Bülbüloğlunun fəaliyyətinin diplomatik çərçivədən kənar çıxdığını deməklə, səfiri reklam etməyə lüzum görmədiyini bəyan edib.
Edvard Aqvanoviçə xatırlatmaq lazımdır ki, səfirlərin fəaliyyətinə üçüncü şəxslər deyil, təmsil etdikləri ölkənin rəhbəri və qəbul edən tərəf qiymət verir. Buna görə də erməni nazir öz işçilərinə diqqət yetirsə, yaxşı olardı. Halbuki Azərbaycana təcavüz edən ölkənin xarici siyasət idarəsi rəhbərinin Polad Bülbüloğlunun fəaliyyətinə bu cür şərh verməsi faktı özü-özlüyündə Azərbaycanın Rusiyadakı səfirinin işinin keyfiyyətinin əyani göstəricisidir”.
Xəbəri paylaş
8668 dəfə oxunub.
Digər xəbərlər

23-03-2022, 11:51
Bakıda hesabı ödəməyən müştəri kafe sahibini bıçaqladı
24-01-2016, 14:44
Suriya ordusu Rabia şəhərini geri aldı
21-05-2023, 12:15
Bundan sonra doğuma nəzarət həblərini KİŞİLƏR QƏBUL EDƏCƏK
27-11-2016, 14:13
Azərbaycanda biabırçı həkim səhvi: İki aylıq körpə kor oldu (VİDEO)
28-04-2018, 20:15
Azərbaycanda məktəb direktoru ilə müavini işdən qovuldu
20-08-2019, 22:59
Qucaqla! Bütün kədər getsin
19-12-2015, 10:00
Dünyada internetin sürəti - 14 faiz artıb
16-08-2018, 16:28
Quranda adı keçən əbabil quşu Türkiyədə tapıldı - FOTO
27-09-2017, 11:50
50 ölkə ombudsmanı Ərdoğana Nobel istədi
10-02-2018, 12:20
Natavanla Dado birdəfəlik ayrılıb