Rus politoloq Qarabağın həlli vaxtını açıqladı
Tarix: 19-05-2016 | Saat: 16:08
Bölmə:Karusel / Gündəm / Dünya / M2 | çapa göndər
Rusiya Prezidenti Vladimir Putin Qarabağa sülhməramlıları yerləşdirməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Vitali Arkov deyib.
Onun sözlərinə görə, Vyanada ABŞ dövlət katibi Con Kerrinin iştirakı ilə keçirilən Qarabağ görüşü Rusiyanın əvvəlki kimi beynəlxalq səhnədə əsas oyunçu olduğunu göstərir: “Hansı ki, bəziləri Krım hadisələrindən və Ukraynada vətəndaş müharibəsindən sonra Moskvanın beynəlxalq müstəvidə təklənmiş olduğunu hesab edirdilər”.
Mayın sonunda Putinin Bakı və İrəvana səfər edəcəyi haqda informasiyalara toxunan Arkov deyib ki, Rusiya prezidenti İlham Əliyevlə dost münasibətlərə sahibdir və onunla şəxsi görüşə şaddır: “Lakin Putinin Cənubi Qafqaz turnesi iki düşmən ölkəni barışdırmaq zəfəri ilə bitməlidir. Bu baxımdan, münaqişənin sürətli nizama salınma ehtimalı çox yüksəkdir. Azərbaycan rəsmən bildirir ki, rayonların ona qaytarılması ilə kifayətlənməyəcək, Qarabağda status-kvo dəyişməlidir. Bu da faktiki olaraq münaqişə zonasında toqquşma ehtimalını artırır. Buna görə də bölgəyə sülhməramlılar yerləşdirilməlidir. Rusiya buna hazırdır”.
Xəbəri paylaş
1 0338 dəfə oxunub.
Digər xəbərlər

28-05-2015, 23:06
Astarada ikimərtəbəli 6 otaqlı ev yandı
15-01-2016, 19:45
İlham Əliyev Murad Kajlayevi ordenlə təltif etdi
7-01-2017, 16:48
Azərbaycanlı qadın 16 günə 200 kişini yoluxdurub
8-05-2018, 10:59
Şuşasız 26 il..
16-02-2016, 11:48
6 yaşlı uşağın dəhşətli qətli - Yeni faktlar (FOTO)
14-10-2016, 12:02
PKK İŞİD-ə yardım edir: 7 min terrorçu…
27-05-2022, 12:03
Səlcuq Bayraktar Şuşaya gedib
11-05-2016, 15:21
Azərbaycanda bu yol ödənişli olacaq — İLK DƏFƏ